Saleh Məmmədovun 8,5 milyonluq oğurluğu - İTTİHAM
Bakı-Sumqayıt yolundakı təmirə görə yaranmış dəhşətli tıxaclara artıq xalqla bərabər parlamentin deputatları da üsyan edirlər
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol yeyintisi ucbatından insanlar məşəqqət çəkirlər. Deputat Fəzail Ağamalı da Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini ittiham edib: “3 gündür ki, 20 Yanvar dairəsindən Masazıra qədər dəhşətli tıxac yaşanır. Çıxıb bir jurnalist də deyir ki, guya Bakı-Sumqayıt yolunda çatlar yaranıb.
Heç elə şey yoxdur. Tam məsuliyyətimlə deyirəm ki, orada heç bir çat yox idi. Sadəcə pul yemək lazım idi, ona görə yolu sökdülər. Mən bu yaxınlarda Naxçıvanda oldum. Gedib oradan nümunə götürsünlər, yollar ən müasir standartlara cavab verir”.
Göründüyü kimi, artıq deputat F.Ağamalı da agentliyin sədri Saleh Məmmədovu pul yeyintisində ittiham edir. Agentliyin rəsmi saytına baxış zamanı bu yolun təmirinə ayrılan vəsaiti öyrənmək istəsək də, heç bir informasiya verilmir.
Yolun təmirinə ayrılan işin smeta dəyərinin gizlədilməsi və şəffaflığın təmin olunmaması göstərir ki, F.Ağamalı dediklərindən haqlıdır. Prezidentin sərəncamına əsasən, səksən yeddi min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Bakı-Sumqayıt magistralı-Binəqədi qəsəbəsi avtomobil yolunun tikintisi məqsədi ilə 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 8,5 milyon (səkkiz milyon beş yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətibu məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etməlidir. FİA.Az-ın məlumatına görə, Saleh Məmmədovun rəhbərlik etdiyi qurum tərəfindən yol təmiri adıyla Mikayıl Müşfiqin abidəsinin dağıdılması epizodunu yaxşı xatırlayırlar.
O zaman dövlət başçısının müdaxiləsi olmasaydı, görkəmli şairin abidəsi məhv ediləcəkdi. 29 yaşında dünyasını dəyişən və 15-20 dəqiqə çəkən məhkəmənin hökmü ilə ölümə məhkum edilən Müşfiqin ruhu yenidən Saleh Məmmədovun qəzəbinə tuş gəlib. 30-cu illərin sonlarında Mikayıl Müşfiqə qarşı yönələn hücumlar müasir zəmanəmizdə naşı məmurların savadsızlığı və məsuliyyətsizliyi ucbatından fərqli formada davam edir.
Bu məsələdə heç bir günahı olmayan bir neçə işçisini güdaza verməklə canını qurtaran Saleh Məmmədov deyəsən Mikayıl Müşfiqdən qisas almağı qarşısına məqsəd qoyub. Qaradağ rayonunda Mikayıl Müşfiqin adını daşıyan böyük bir qəsəbə var. Xatırladaq ki, bu qəsəbə Bakı-Şamaxı magistral yolunun kənarında yerləşir.
Həmin magistral yoldan Müşfiq qəsəbəsinə dönən hissədə quraşdırılmış yol nişanında Mikayıl Müşfiqin adı təhrif olunub, yəni Müşfiq adı Müşviq formasında qeyd edilib. Təbii ki, Saleh Məmmədov başda olmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin başbilənləri bu məsələdə birbaşa məsuliyyət daşıyırlar.
Təsəvvür edin ki, həmin magistral yoldan demək olar ki, bütün dövlət məmurları istifadə edirlər. Amma heç kim bu biabırçılığı görməyib və yaxud görmək istəməyib.
Ölkə başçısı Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi ilə bağlı bu günlərdə sərəncam imzalayıb.
Belə çıxır ki, Saleh Məmmədovun başı daha vacib işlərə qarışıb. Ona görə də prezident İlham Əliyevin Mikayıl Müşfiqə verdiyi dəyəri və qiyməti hiss edə bilmir. Qeyd edək ki, Xudat – Yalama – Zuxuloba yolunun tikintisi üçün prezidentin ehtiyat fondundan “Azəravtoyol” ASC-yə 5,2 milyon manat ayrılmışdı. Bu vəsaitə çəkilən yolda nə qədər yeyinti olduğunu müəyyən etmək çətin deyil.
Yeri gəlmişkən, Xaçmaz-Xudat yolu və hər iki bölgənin mərkəzi yolları da bərbad vəziyyətdədir. Xaçmazın və Xudatın mərkəzi küçələrindən keçmək üçün yaxşı şahmat və dama oyunçusu olmaq lazımdır.
İskəndər Hacıyev isə bu həqiqətləri ya bilmir, ya da bilmək istəmir. Rayon sakinləri də bilmirlər ki, Xaçmazda Yol İstismar İdarəsi varmı, yoxmu?
Hələ kənd yollarını, ucqar kəndlərin asfaltını nəzərdə tutmuruq. Sadəcə, Xaçmaza və Xudata ayaq basın və şahidi olun… O ki qaldı Xudat – Yalama – Zuxuloba yoluna, belə yeyintidən sonra yol da qısa müddətdə yeyilib istismar olunacaq. Faktlar isə “n” qədər var. Ona görə bu agentlik yeyinti agentliyidir…
Tarix: 3-07-2018, 08:54
-
Dünən, 23:31
"Veysəloğlu" şirkəti ilə bağlı qərar çıxarıldı
-
Dünən, 23:30
Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?
-
Dünən, 23:28
Onlar deputat olacaq? - Hakimiyyət nümayəndəsindən sensasiyalı açıqlama
-
Dünən, 23:24
Gəncə-Daşkəsən Region Mədəniyyət İdarəsində Korrupsiya FAKTLARI.. - İDDİA
-
Dünən, 23:21
143 milyonluq yeyintidə adıkeçən idarə rəisi işdən çıxarıldı
-
Dünən, 23:15
MİLLİ MƏCLİSİN DANIŞMAYANLARI – Son çağırışın ən passiv deputatları kimlər oldu? + SİYAHI
-
Dünən, 14:06
“Bizə 120-130 F-16 qırıcısı lazmdır” – Zelenskidən müttəfiqlərinə təcili çağırış
-
Dünən, 14:04
Tatarların "Atəş" partizan hərəkatı: Rusiya USQ-nin Novorossiyskə hücumuna belə hazırlaşır (FOTO)
-
Dünən, 14:00
Gürcüstanda etirazlar – Amerikanın Səsinin jurnalisti Tbilisidən məlumat verir
-
Dünən, 13:58
Putin: Şübhə yoxdur ki, dünya getdikcə çoxqütblü olur
-
Dünən, 13:57
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
-
Dünən, 12:13
Lavrov səhvən Putinə "uzunqulaq" dedi
-
Dünən, 12:06
Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi,...
-
Dünən, 12:04
Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."
-
Dünən, 11:49
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar" - Professordan SENSASİON YAZI
-
Dünən, 11:30
Yerli icra orqanları normativlərə əməl etmir – Su anbarlarında təhlükəli vəziyyət yaranıb?
-
Dünən, 10:59
AZAL hava gəmilərinin təhlükəsizliyini təmin etmədiyinə görə cərimələndi - QƏRAR
-
Dünən, 10:37
“Gürcü arzusu” və “rus qanunu” vətəndaş cəmiyyətinə qarşı Diana Petriaşvili, “Mediaşəbəkə”
-
Dünən, 10:32
Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”
-
Dünən, 09:10
İKİ İL ƏVVƏL QƏZA TÖRƏDƏN SÜRÜCÜ SIĞORTA ŞİRKƏTİNDƏN NARAZIDIR - İddia edir ki, ondan "sığorta pulu" çox alınır, amma...
-
Dünən, 08:52
Goranboyda qoçuluq edən MƏMUR KİMDİR? - Özünü hakimi-mütləq bilir?
-
Dünən, 08:51
Qida təhlükəsizliyinə laqeyd yanaşmaq olmaz
-
Dünən, 08:19
AYNA-nın əsas inzibati binasında 600 min manatlıq təmir aparılacaq
-
Dünən, 07:48
"Adil Vəliyev deyir ki, quyu qazın" - Şəhid adını daşıyan küçə keçilməzdir / VİDEO
-
Dünən, 07:43
Şirvan icra başçısı İlqar Abbasovun qardaşları meydan sulayır: dələduzluq və korrupsiya
-
Dünən, 07:37
ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...
-
Dünən, 07:35
Parlament seçkiləri: hakimiyyət tələsir?
-
Dünən, 00:04
"Azərbaycana iqtisadi sanksiya tətbiq etməliyik" - Fransalı ekspert
-
Dünən, 00:03
Tamara Nurəliyeva Zaqatala xəstəxanasında 250 min manatı kimə və nə üçün yığır? – Bundan narahat olanlar var… – YENİLƏNİB
-
Dünən, 00:03
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
{sape_links}{sape_article}