Qayınanasını öldürən şəxs məhkəməyə arxa çevirdi - "Mənə intim əlaqə təklif etdi, hirsləndim"


Qayınanasını öldürən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Cavad İbrahimovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə Cavad İbrahimov yenə də məhkəməyə arxasını çevirib.

İbrahimov bildirib ki, istintaqda ona qarşı çox haqsızlıqlar ediblər və o xüsusi amansızlıqla adam öldürməyib.

Məhkəmədə təqdirləndirilən Cavad ötən proseslərdə olduğu kimi bu dəfə də hakimlərə arxa çevirib.

Prosesdə şahid qismində Vüqar Həsənov ifadə verib. O, təqsirləndirilən Cavad İbrahimovun qohumu və qonşusu olub.

Şahid deyib ki, hadisə günü Cavad onlara gələrək təcili yardıma zəng etmək üçün telefon istəyib: "Mən də telefonu verdim. Hətta özüm də təcili yardıma yolu və evi izah elədim. Cavaddan soruşdum ki, nə baş verib. Dedi ki, qayınanam yıxılıb, başı daşa dəyib. Dedim ki, vurmamısan? Yox, dedi".

V.Həsənov suallara cavabında Cavadın şəxsiyyəti və davranışları barədə də danışıb: "Kasıb, xəstə adam idi. Onların ailəsində olan problemdən xəbərsiz idik. Bizə gəlirdi. Yemək yeyib, çay içirdi. Kəndimizdə, burda yaşadığımız məhəllədə hamı onu sakit adam kimi tanıyıb. Elə adam idi ki, ona it də hürməzdi. Yəni belə adam olub".

Məhkəmə iclası iyulun 10-da davam edəcək.

İttihamda yazılır ki, Cavid İbrahimov heç bir yerdə işləməyib və tüfeyli həyat tərzi sürüb. Qayınanası Nigar Namazova buna görə ona bir neçə dəfə iradını bildirib, işləməsini, ailəsinə baxmasını istəyib. İttihamda göstərilir ki, sonuncu mübahisə zamanı C.İbrahimov özündəngetmə xəstəliyi olan qayınanasını köməksiz vəziyyətdə olarkən döyməyə başlayıb. C.İbrahimov qayınanasının bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr endirib və onun ölümünə səbəb olub.

Cavad İbrahimov ilkin ifadəsində özünü qismən təqsirli bilib.

İbrahimov ifadəsində bildirib ki, qaynanası Nigar Niftəliyevanı öldürmək niyyəti olmayıb. Cavad İbrahimovun iddiasına görə qaynanası ona intim münasibətdə olmağı təklif edib. O da bundan əsəbləşərək qaynanasını vurub.

Xatırladaq ki, hadisə ötən il Yasamal rayonu baş verib. "Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova boğularaq öldürülüb.

Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb.

Ona Cinayət Məcəlləsinin 120.2.4-ci (xüsusi amansızlıqda adam öldürmə) və 120.2.9-cu (köməksiz vəziyyətdə olan şəxsi öldürmə) maddələri ilə ittiham verilib.

Tarix: 3-07-2018, 15:21
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}