Oğru-oliqarx Fransaya ekstradisiya olundu

 


Yunanıstan hökuməti kriminal aləmdə “Laşa Rustavski” kimi tanınan gürcü “oğru” Laşa Şuşanaşvilini Fransaya ekstradisiya olunması ilə bağlı qərar qəbul edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Məlumatda bildirilir ki, gürcü mafiyasının başçısı 57 yaşlı “Laşa Rustavski” Fransada həbs edilən, hazırda istintaq altında olan digər kriminal avtoritetlərlə birgə mühakimə olunacaq.

Mayın 30-da isə L.Şuşanaşvili Moskva universitetində təhsil alan tələbə qızına görə "öz adını təmizləmək" niyyətində olduğunu açıqlayıb. 

“Qanuni oğru”ların – “Laşa Rustavski”, “Çikora” ləqəbli Merab Asanidze, “Nodo Qldanskiy” ləqəbli Nodar Şukakidzenin ekstradisiyası ilə bağlı ilk məhkəmə prosesinin aprelin 24-də və mayın 2-də keçirilməsi nəzərdə tutulması da, hər iki proses təxirə salınıb. Buna səbəb isə L.Şuşanaşvilinin qəflətən halının pisləşməsi və onun xəstəxanaya yerləşdirilməsi olub.

Üç gürcü avtoriteti, həmçinin Gürcüstanın təxminən 40 -a yaxın sakini aprelin ortalarında Yunanıstanda və Fransada polis əməliyyatı nəticəsində saxlanılıblar.

“Qanuni oğru” L.Şuşanaşvili kriminal aləmin oliqarxlarından hesab edilir. O, məşhur kriminal avtoritet “Ded Xasan” ləqəbli Aslan Usoyananın yaxın dairəsinə daxil idi.


Tarix: 6-07-2018, 15:09
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}