Naqif Həmzəyev: “Kişi ona deyirəm ki...” - QALMAQAL
AVP sədri, deputat Fəzail Ağamalının həmkarları Naqif Həmzəyev və İlham Məmmədovla qarşıdurması səngimir. Gəncənin bir həftə öncə sui-qəsdə məruz qalan icra başçısı Elmar Vəliyevə yaxın olan deputatlar N.Həmzəyev və İ.Məmmədov mətbuat və sosial şəbəkələrdə F.Ağamalının üzərinə sərt şəkildə gedərək, ona qarşı ən ağır formada ittihamlar səsləndirirlər.
Qısa məlumat verək ki, deputatların qarşıdurması F.Ağamalının “Yeni Müsavat”a açıqlamasında E.Vəliyevin Yevlax və Gəncənin icra başçısı olarkən məmura yaraşmayan davranışlar etməsini, özünü apara bilməməsini deməsindən sonra başlayıb. Onun açıqlamasının ardından icra başçısının dəstəyi ilə Yevlaxdan deputat seçilən İ.Məmmədov həmkarını sərt tənqid edib. Daha sonra Naqif Həmzəyev həmkarına facebook səhifəsində status həsr edərək, onun ünvanına sərt tənqidlər səsləndirib.
F.Ağamalı isə bu tənqidlərə “Yeni Müsavat”ın ötən sayında cavab verib. O, N.Həmzəyevi Gəncədə prezidentin son illərdə gedən quruculuq işlərini Elmar Vəliyevin adına çıxmaqda ittiham edib. Bundan əlavə, partiya sədri həmkarının gənc olduğu üçün bu cür danışdığını bildirərək, bir uşağın ona irad tutduğunu vurğulayıb.
“Yeni Müsavat”ın əməkdaşı gəncəli deputata cavab haqqı tanıyaraq, F.Ağamalının onun barəsində dediklərinə rəy alıb. N.Həmzəyev deyib: “Mənim qarşıdurmaya, mənasız şeylərə vaxt sərf etməyə zamanım yoxdur. Cavabımı günlər öncə verdim. İndi kim nə edir, necə edir, bu onun öz işidir. Yıxılana balta vurmağa nə var ki. Bunu hamı bacarır. Kişi ona deyirəm ki, dar gündə dövlətin, millətin və cənab prezidentin yanında olsun. Mən dövlətin, möhtərəm cənab prezidentin yanındayam. Dövlətimizin millət vəkiliyəm. Cənab prezidentin partiyasının namizədliyini irəli sürdüyü və bunun nəticəsində millət vəkili olan insanam. YAP-ın Gəncə Şəhər Təşkilatının sədriyəm. Mən şou-biznes adamı deyiləm ki, qarşıdurmaya gedim. Hər kəsin öz tərbiyəsi var və buna uyğun da danışır.
Mənasız məsələlərə toxunub gündəmə gəlmək istəmirəm. Gəncədə terror hadisəsi törədilib, bununla bağlı öz fikrimi bildirdim, video-müraciət etdim. Hər kəs çox gözəl başa düşür ki, bu günlərdə dövlətimizə qarşı törədilmiş bu terrorda hansı məqsəd güdülür. Kimin zərrə qədər vətənə, millətə, dövlətə, cənab prezidentə sevgisi varsa, gəlsin bu terroru törədənlərin cəzalarının verilməsi üçün öz xidmətlərini göstərsin. Yoxsa bunun ona, onun bunun söz deməyi, günahlandırmağı bizə yaraşmaz. Bir gənc olaraq özümə sığışdırmaram ki, durum kiməsə söz deyim. Tərbiyə, əxlaqım çərçivəsində münasibətimi bildirmişəm ki, xahiş edirəm Elmar Vəliyevin xidmətlərinə kölgə salmayın. Ən azından Gəncəyə gəlin, əhali ilə söhbət edin, o zaman vəziyyəti daha aydın başa düşərsiniz. Üzvü olduğumuz parlament Elmar müəllimlə bağlı məsələdə iki hissəyə bölünməyib. Bir-iki nəfərdən başqa heç bir deputat başqa mövqedə deyil. Açıqlamalara hər kəs baxsa bunu daha aydın görər. Dövləti, milləti sevən deputatlar bir mövqedən çıxış edirlər, yəni cənab prezidentin tərəfindədirlər, terroru lənətləyirlər. Bir-iki nəfərə görə parlamentin iki hissəyə bölündüyünü demək düzgün deyil”.
Tarix: 10-07-2018, 09:16
-
Dünən, 23:46
Qubad İbadoğlu siyasətdən getdi
-
Dünən, 23:13
“Veysəloğlu” MMC ölkədən külli miqdarda pul çıxarıb?
-
Dünən, 23:11
Oliqarx Mikayıl İsmayılovun keçmiş gəlinindən ŞOK AÇIQLAMALAR - VİDEO
-
Dünən, 23:10
Talassemiyalı uşaqların 1 milyon manatını kimlər yeyib? - ürəkparçalayan məhkəmə işi
-
Dünən, 23:08
İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzi ( İSBAM ) Milli QHT forumunu tərk etdi - BƏYANAT
-
Dünən, 23:06
5 faizlik "yalan"la ləkələnən işsizlik statistikası... - Evdar qadınlar, pay torpaq sahiblərini "sayan" yoxdur
-
Dünən, 23:05
“Söyüşü, açıq-saçıqlığı filmlərdə yersiz işlədənlər “layk dəllallarıdır” - AKİ katibi
-
Dünən, 23:00
“Dəmir Yolları” şübhəli satınalmaları davam etdirir – Təfərrüat
-
Dünən, 22:27
Bərdə Rayonun Yolları "Göl" içində... - VİDEO
-
Dünən, 22:17
Baş nazir güllələnmədən 1 həftə öncə Bakıda nə demişdi? – Şübhələr oxları bu ölkəyə yönləndirir
-
Dünən, 18:19
Nazirliklə keçmiş rəis arasında məhkəmə davam edir - TƏFƏRRÜAT
-
Dünən, 18:00
Saleh Məmmədovun biznes imperiyası - SİYAHI
-
Dünən, 17:53
"Paketim varsa, internetə çıxışım niyə bloklanmalıdır?" - NARAZILIQ VAR...
-
Dünən, 17:45
TƏBİB Rza Zərrabın qohumlarının şirkətindən 85 min manata “Hyundai” alır - BAZAR OLSUN...
-
Dünən, 17:26
Yasamalda yaşayış binasının zirzəmisində iş davam etməkdədir – Yasamal RİH susur, Komitə “qanunsuzdur” deyir – VİDEO
-
Dünən, 17:24
Slovakiyada atışma - Baş nazir yaralandı
-
Dünən, 17:12
Qarabağı konyakla “azad edənlər” – Onların planı bu idi
-
Dünən, 15:01
Azərbaycanda "Ədalət" yalnız adam adıdır - FOTO+VİDEO
-
Dünən, 14:49
Şok Şok Şok: Ucar xəstəxanasında xəstəni girov götürdülər
-
Dünən, 14:38
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
-
Dünən, 14:36
Xaçmazda iki qardaş Qarabağ Qaziləri ÇƏTİN DURUMDA... - Yerli qurumlar HARA BAXIR?
-
Dünən, 09:56
Rəcəb Babaşovun “unutduğu” Ağköynək kəndi - 1350 dollarlıq ayaqqabısını çamura bulamaq istəmir?
-
Dünən, 09:21
Qarabağdan köçən ermənilər nankor və xaindir - Baqdasaryan
-
Dünən, 08:51
Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
-
Dünən, 08:51
Əsabil Qasımovun şirkəti ağacları məhv edir – FOTO
-
Dünən, 08:06
Agentlik İsgəndər Mahmudovun şirkəti ilə yarım milyonluq müqavilə imzaladı – Sanksiya siyahısındadır
-
Dünən, 08:05
DİN RƏSMİSİNDƏN ŞOK XƏBƏRDARLIQ - “Cinayətkar qruplar profil və səhifə paylaşımlarınızı izləyir...”
-
Dünən, 07:57
Moskvadan Rusiya sərhədçilərinin Ermənistandan çıxarılması ilə bağlı AÇIQLAMA
-
Dünən, 07:55
Siyasi alətə çevrilən keşişin ifşası və əsl məqsəd - Ermənilər marionetə qarşı
-
Dünən, 07:54
Bakıda bələdiyyə sədri RÜŞVƏT ALIB – Məhkəməsi başlayır
{sape_links}{sape_article}