“Medianın iştirakı olmadan korrupsiya bəlasının qarşısını almaq mümkün deyil”







Arif Əliyev: “Korrupsiyadan azad olmağın birinci şərti aşkarlıqdır”

Ölkə başçısının 8 uyul tarixində keçirdiyi sonuncu müşavirədə bir sıra problemlərlə yanaşı, rüşvət və korrupsiyaya qarşı mübarizənin zəruriliyini vurğulayıb və bu kimi neqativ hallara qarşı bundan sonra da mübarizə aparılacağını qeyd edib.

Korrupsiyaya qarşı effektiv mübarizədə media və digər qurumların ictimai nəzarət vasitəsi kimi rolu nədən ibarətdir? İctimai nəzarətin güclü olması, bu kimi hallara qarşı daha səmərəli mübarizə baxımınan nə dərəcədə vacibdir?

Moderator.az -a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev medianın ictimai nəzarət mexanizmi kimi rolunun böyük olduğuna diqqət çəkdi:

“Bu, vacib yox, zəruri elementdir. Medianın iştirakı olmadan bütövlükdə korrupsiya bəlasının qarşısını almaq mümkün deyil. Çünki korrupsiyadan azad olmağın birinci şərti aşkarlıqdır. Faktlaırn çatdırılması, ictimai nəzarətin təmin edilməsidir. Ictimai nəzarətin isə ən effektiv aləti mediadır. Ona görə də bunlar bir-birləri ilə sıx bağlı olan məsələlərdir. O yerdə ki,  medianın korrupsiyanı aşkar etmək imkanları məhduddur, o zaman bu problemin həllinin öhdəsindən əsaslı şəkildə gəlmək çətin ki, mümkün olsun”.

Seymur ƏLİYEV 

Tarix: 10-07-2018, 15:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}