Azərbaycanda vurulan peyvəndlə Avropaya gedə bilməzsiniz...

Məşhur tibb jurnalı Azərbaycanın Çindən aldığı vaksini müsbət qiymətləndirdi

Bu günlərdə Belçikada yaşayan və Türkiyəyə, ordan da Azərbaycana səfər edən bir soydaşımızın şikayətini dilə gətirmək istəyirəm.

Hüseyin Bağçı bəy Belçikada peyvənd olunsa da, burda yaşayan anasını özü ilə evinə apararkən bir xeyli əziyyətlə üzləşib. Belə ki, Hüseyin bəyin anası burda iki doza Çin vaksini ilə peyvəndlənsə də, Avropa bu peyvənd tanınmır. Peyvənd pasportuna baxmayaraq, bütün hava limanlarında koronavirus testinin cavabı tələb olunur. “Peyvənd olunacaqdımsa, test nəyə lazım idi, testlə sərhəd keçiriksə, bu peyvənd sertifikatı tələbi nə üçün məcburidir? Avropada tətbiq olunan Covid sertifikatını Azərbaycanda tətbiq olunan və Avropada tanınmayan vaksinlərlə ala bilməyəcəyiksə, vəziyyət necə olacaq?.”,- deyə Hüseyin bəy soruşur. Bir onu deyə bilərik ki, peyvənd yoluxmadan qorumur, xəstəliyin letal nəticələrinin qarşısını alır. Amma bizim peyvəndlərimizlə dünya bizə qucaq açacaqmı? Bax bu kimi sualların cavabı isə hələlik açıq qalmaqdadır.
Avropa İttifaqı (Aİ) iyulun 1-dən rəsmi şəkildə xüsusi rəqəmsal Covid sertifikatlarını təqdim edib. Yeni vahid sənəd yay mövsümündə səyahəti sadələşdirmək məqsədilə tətbiq olunsa da, hələ heç bir sadələşmədən söhbət getmir. 26 üzv dövlətə sertifikat verilib və 200 milyondan çox sertifikat hazırlanıb. Lakin prakitakada sertifikatın bəzi problemləri üzə çıxıb. COVID-19 sertifikatlarındakı QR kodlarının hələ ki, səyahətçinin gedəcəyi yerlərlə əlaqələndirilməyib. Yəni, aviaşirkətlər səyahətçilər üzərində hələ də vizual yoxlamalar aparmalıdırlar. Bolqarıstan, Xorvatiya, Çex Respublikası, Danimarka, Almaniya, Yunanıstan və Polşa sertifikatların erkən tətbiqinə başlayıb. Sertifikatlar pulsuz verilir. Sertifikatları Aİ-də olan Azərbaycan vətəndaşları da ala bilər.
Aİ-də Pfizer-BioNTech, Moderna, Oxford-AstraZeneca və Johnson & Johnson vaksinləri təsdiqlənib. Azərbaycanda istifadə olunan “CoronaVac” (Çin) vaksini hələ ki, Avropanın dərmanlara nəzarət qurumu EMA tərəfindən tanınmayıb. Ölkəmizdə kornavirusa qarşı peyvəndin ikinci dozasını vurduranalardan da xaricə səfərlər zamanı test tələb olunur. Ölkəni tərk edərkən test götürülməsi zəruridir və uçuşa iki saat qalmış test verilməlidir. Ola bilər gələcəkdə yalnız kovid pasportu ilə uçuş mümkün olsun, lakin hələlik ölkədən çıxış və giriş zamanı test cavabları istənilir. Naxçıvana uçan vətəndaşlardan da test tələb olunur. Qonşu ölkələrdən Rusiya və Türkiyədə ölkədaxili uçuşlar zamanı kovid testlərinə ehtiyac qalmır.
Maraqlıdır ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışlarından biri zamanı “Avropada peyvənd pulludur, İngiltərədə bu 100-150 funt sterlinqə başa gəlir” deməsi müxalifətin geniş araşdırmalarına və müzakirələrinə səbəb olub. Bildirilib ki, Yunanıstan gəncləri peyvəndə təşviq eləmək üçün 150 dollar ayırır, eyni qayda Tailandda da mövcuddur. Yalnız Malidə çağırışdan sonra II dozanı vurdurmağa vaxtında getməyənlər 7 dollar cərimə ödəməli olurlar. Türkiyənin tanınmış müxalifət liderləri iddia edirlər ki, peyvənd barəsində bu şəkildə xəbərlərin səsləndirilməsi peyvəndin əhaliyə pullu vurulımasına zəmin yaratmağa hesablanıb. Peyvəndlər arasında qoyulan ayrı-seçkilik, elə ölkəmizdə belə özəl klinikalarda Avropaya yaşıl işıq yandıran vaksinlıərin pulla vurulması bir qədər insanı ehtiyatlandırır. Üstəlik, ÜST 6 aydan bir vaksinlənmənin təkrarlanacağı, 2 doza alanlara da xatırlatma vaksinlərinin vurulacağı anonsunu verdi, bununla qalmayıb, yeni pandemiyaların ola biləcəyi, koronavirusun izlərinin isə 2025-ci ilə qədər sürünəcəyini də pıçıldadı.
Tarix: 5-07-2021, 23:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}