“İslam erası gəldi; istəsək də, istəməsək də İslam böyüyəcək”- yəhudi müəllim və bloger…

“İslam erası gəldi; istəsək də, istəməsək də İslam böyüyəcək”- yəhudi müəllim və bloger…
“Artıq İslam əsri gəlib və digər istiqamətlər bu gün ictimai tənzimləyici kimi öz fəaliyyətlərini itiriblər…”
*** ***
“Xahiş edirəm, vaxt itirməyin, maraqlanın. Bu bilikləri real həyatda tətbiq edə bilərsiniz…”
*** ***
“Bu din Allahın xeyir-duasını aldığı üçün  bütün müqavimətlərə rəğmən inkişaf edəcəkdir…”
*** ***
Ukraynanın Xarkov şəhərində yaşayan məktəb müəllimi və bloger Aleksey Skorik bir yəhudi olaraq niyə iudaizmi deyil, məhz İslamı müdafiə etməsinin səbəbini açıqlayıb. 
 
Moderator.az bu haqda rusdilli İslam saytlarına istinadla xəbər verir.
 
Yəhudi müəllimin fikrincə, artıq İslam əsri gəlib və digər istiqamətlər bu gün ictimai tənzimləyici kimi öz fəaliyyətlərini itiriblər. 
 
“İslamı hökm və dəyərlərini həyata keçirərək öyrənmək lazımdır”- deyən A.Skorik  eyni zamanda dini savadlı bir yəhudinin bunu başa düşməsinin daha asan olduğuna inanır: çünki "sona qədər bütün hadisələr zəncirini gördüyü üçün başqalarından üstünlüyü var". 
 
“Mənim üçün elə presedentlər tapın ki, bir insan tez bir zamanda yəhudiliyi(yaxud iudaizm-S.L.) mənimsəyib düzgün qərarlar verməyə başlasın. Üstəlik, yəhudilikdə heç bir infrastruktur yoxdur, dünyanı dəyişdirə biləcək çoxsaylı icmalar şəbəkəmiz yoxdur. 
Əvvəlcə çox ilham aldığım “Bney Noah” (yəhudi olmayanlar üçün yəhudiliyi təbliğ edən bir missioner hərəkatı) cərəyanı, təəssüf ki, nəinki çiydir, həm də metodik olaraq elə qurulmuşdur ki, xaricdən davamlı dəstək tələb olunur. Bu cərəyan başqa bir adi sektaya çevrilə bilər" - deyə Skorik “Facebook” səhifəsində qeyd edib.
 
Yəhudi ictimai xadim deyir ki, İslam bundan ötrü Allahın xeyir-duasını aldığı üçün  bütün müqavimətlərə rəğmən inkişaf edəcəkdir. 
 
“İslam elə bir sistemdir ki, bir dəfə bir dərsə qatılan hər hansı bir şəxs, onu gerçək biliklə tərk edər. İslamın bir infrastrukturu var, icmalarda bir insanın bütün ehtiyaclarından ötrü dəstək almaq üçün kifayət qədər insan var. Yenidən velosiped  icad etmək lazım deyil. İnanıram ki, İslam bütün digər istiqamətlərə layiqli bir alternativdir. İslam informasiya ilə doludur, İslam qüdrətli, İslam mütəşəkkildir və indi onun üzərində Allahın bir xeyir-duası var. İstəsək də, istəməsək də İslam böyüyəcək, çünki onun erası gəldi”- deyə yəhudi müəllim vurğulayıb. 
 
“Xahiş edirəm, vaxt itirməyin, maraqlanın. Bu bilikləri real həyatda tətbiq edə bilərsiniz. Bir mühazirədə iştirak etdikdə və ya İslami ibadət tətbiqləri ilə tanış olduqda yaşamaq və bundan sonra bir şey etmək üçün güc qazanacaqsınız” –deyə Aleksey Skorik həmyerlilərinə səslənib.
 
Xatırladaq ki, bir müddət əvvəl bu yəhudi bloger və müəllim Fələstin xalqına qarşı qətliamlarına görə İsrail dövlətini qınamışdı.
 
Sultan Laçın

Tarix: 6-07-2021, 09:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}