Niyaməddin Əhmədov ona hökm oxuyanları sındırdı

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rafiq Manaflı
Əvvəla, kül o terrorizmin başına ki, 1200 manatla dəstəklənsin. İkincisi, bu rejim terrorizmlə mübarizəmi aparır? Neylədilər 10 noyabrdan sonra terror məqsədi ilə ərazilərimizə soxulub tutulan erməni terrorçularını? Aparsaydılar bütün dünyanın terror təşkilatı kimi tanıdığı, qardaş Türkiyədə 40 mindən artıq insanı qətlə yetirmiş PKK-nı dəstəkləyənlərlə aparardılar. PKK yaraqlılarından təmizlənmiş hansı mağaraya girirdilər oradan Azərsun istahsalı olan qida məhsulları çıxırdı. PKK-ya maliyyə dəstəyi kimi köçürülən Azərbaycan mənşəli böyük pulların köçürmə qəbzlərinin surəti bir ara mətbuatı başına götürmüşdü. Nəyisə araşdırdılarmı? Ya bəlkə İŞİD ordusunun tərkibində birbaşa terror törədənlər cəzalandırılıblar?
Araşdırılmayacaq da, cəzalandırılmayacaq da. Burada cəzalandırma prinsipi məşhur YAP-çı xanımın Hindistan macəralarından sonra işlətdiyi “sizə nə var, ərimə xəyanət etmişəm, Heydər Əliyevə xəyanət etməmişəm ki” prinsipidir.
Bunlar qisasçıdırlar. Niyaməddin Əhmədovdan Əli Kərimlinin ətrafında olmasının, onun əleyhinə ifadə verməməsinin qisasını alırlar. Necə Əlizamin Salayevə Cəbhə əleyhinə ifadə vermədiyinə görə qan uddururlar. Necə Saleh Rüstəmlidən Başkəndi boşaltdığına görə ermənilərin qisasını aldılar.
Bilirsiz niyə 15 il? Çünki Niyaməddindən terrorizmin təsdiqini qopara bilmədilər. Bu işin o biri ucu olan terrorizmi bunların sonradan istədikləri mahiyyətlə doldurmaq planlarını boşa çıxartdı Niyaməddin bəy. Öz dönməzliyi, əqidəsinə görə hər cür işkəncələrin gözünə baxmağı ilə sındırdı Niyaməddin Əhmədov bunları. Onun istintaqını aparanları, zindanda saxlayanları, hökm oxuyanları sındırdı. Bi işin sifarişini verənləri sındırdı. Puldan başqa heç bir müqəddəslik tanımayan bu adamlar hansısa əqidəyə görə belə duruşa mat-məəttəl qalıblar. Həsədin dərinliyidir o 15 il.
Amma həsədlə dövlət idarə olunmaz. Bu idarəçiliyi qəsb etmisinizsə dövlət kimi idarə edin bu məmləkəti, bunun sabahı da var. Niyaməddin Əhmədovun heç bir günahı yoxdur. Günahsız insanlara indiyə qədər oxuduğunuz, bundan sonra oxuyacağınız hər bir hökm özünüzə oxuduğunuz hökmdür.
Tarix: 24-09-2021, 09:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}