İnam Kərimovun 1 manat biznesi? - KTN yerlərdə ancaq narazılıq yaradır- İDDİA




Ağdam, Qəbələ, Qobustan, Balakən və İsmayıllı rayonlarından kənd təsərrüfatı nazirliyinin qanunsuz əməllərinə etiraz olaraq xeyli sayda kənd təsərrüfatı istehsalçıları bir sıra KİV vasitələrinə müraciət etmişlər.
Dövlət bizə hər hektar üçün 20 AZN pul verir.Həmin pulu almaq üçün banklara yaxınlaşırıq ancaq pul kartlarının aktiv olmadığı və buna görə yerlərdə yerləşən DAİM bölmələrinə getmək lazım olduğunu söyləyirlər.
DAİM-də bizə deyirlər ki,hər bir kəs iki (2) AZN kənd təsərrüfatı nazirliyinin bank hesabına köçürməlidir ki,kart aktiv olsun.
Onda elə dövlət bizə on səkkiz manat (18) versin də.Bu nə bazar,bu nə özbaşınalıqdır?
Azərbaycanda iki milyondan artıq kənd təsərrüfatı məhsullarını istehsal edən adam var.Hər bir kəs iki (2) manat pul verəndə,bu 4 milyondan çox edir.Bu milyonlar kimin cibinə gedir? Deyəsən nazir İnam Kərimov da var-dövlət eşqinə düşüb.Bəs deyilmi rüşvət, korrupsiya? Xəcalət çəkmirsiniz kəndçinin iyirmi (20) manatına göz dikirsiniz.Biz buna etiraz edərək, dövlət qurumlarının təcili olaraq tədbir görməsini istəyirik.

Redaksiyadan: Mövzunu diqqətdə saxlayacayıq. //azinfo.tv//
Tarix: 21-10-2021, 07:56
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}