Yaşamaq üçün ölüm

Saleh Rüstəmli yaşamaq üçün ölümə gedir. Bir az ziddiyyətli görünsə də, bu fədakar insanın seçdiyi radikal yolun sadə açıqlaması belədir. Saleh bəy 30 gündür aclıq edir. Quru aclığa başlacağını bəyan edib. Bu isə labüd ölüm deməkdir. Hamı narahatdır, ürəyi olan hər kəs də deyir: niyə, nə üçün, lazımdımı?
Millət, Saleh bəy şüurlu insandır. Ağlı-kəmalı da yerindədir. O qətiyyən ölmək istəmir. Ölümü də tərənnüm edənlərdən deyil. Əksinə, Saleh bəy yaşamaq istəyir!!
Saleh bəy həm də təkcə özünün yox, hamımızın ləyaqətli, azad yaşaması üçün bu qədər inadkar, israrlıdır. O sual edir və bizi də düşünməyə dəvət edir: niyə heç bir cinayəti etməyən bu insanın və onun kimilərin azadlıq hüququ məhdudlaşdırılmalıdır? Niyə belələri türmədə saxlanılmalıdırr? Niyə? Düzgünlüyün mükafatı zindan olmalıdır?
Əsrlərdir bəşəriyyət, onun seçkin nümayəndələri düzgün, ədalətli insan yetişdirmək üçün kitablar yazır, yollar fikirləşir, bizdə isə bu yolu tutmuş, bu hədəflərə yetmiş insanlara yaşamağa imkan vermirlər; döyürlər, söyürlər, şərləyirlər, zindana atırlar.
Saleh bəy bax bunalara üsyan edir. O ölümə “yaşamaq!” şüarı ilə gedir. Saleh bəyə və özümüzə dirilik, ləyaqətli yaşayış haqqı tələb etmək üçün insan olmaq kifayətdir.
Natiq Adilov
Tarix: 6-12-2021, 09:16
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}