Həbsxanadan sensasion məktub - “MƏNİ KƏMALƏDDİN HEYDƏROV HƏBS ETDİRİB”
Həbsdə olan gənc bəstəkar Tural Bayraməliyev iddia etdiyi qanunsuz həbsi ilə bağlı həbsxanadan yeni faktlar açıqlayıb.Açıqlamada qeyd olunur: “Mən, bəstəkar, ictimai xadim Tural Bayraməliyev, 4 ildən çoxdur ki, qanunsuz və əsassız həbs həyatı yaşayıram. İstəyirəm səsimi, müraciətimi cənab prezident İlham Əliyev, birinci-vitse prezident Mehriban xanım Əliyeva və Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev eşitsin.Çünki mən qanunsuz olaraq həbs edilmişəm. Həbsimdə bir çox yüksək vəzifəli şəxslərin əli var: keçmiş baş prokuror Zakir Qaralov, keçmiş gömrük rəisi Aydın Əliyev, Vüsal Novruzov, bu yaxınlarda vəzifəsindən azad edilmiş şəhər prokuroru İlqar Abbasov və nəhayət “fövqəlnazir” Kəmaləddin Heydərov. Bu şəxslər həbsimin birgə səbəbkarlarıdır. Xüsusilə, Kəmaləddin Heydərovun adını çəkməyim daha doğru olar. Çünki bu şəxs mənim işimdə “zərərçəkmiş şəxs” kimi tanınan, əslində isə məhkəmə sənədlərinə əsasən özü dələduz olan Şədiyyə Salehli ilə uzun illərdir ki, yaxın ailəvi münasibətlər içindədir. Bu baxımdan, vacib və diqqətçəkən bir faktı nəzərinizə çatdırmasam mühakiməm yetərsiz olar.
Tural BayraməliyevBelə ki, hələ barəmdə olan ittihama Bakı Ağır Cinayətlər Məhkəməsində - hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baxılan ərəfədə tanınmış vəkil Bəylər Məmişovu özümə müdafiəçi tutmaq istədim. Lakin Bəylər Məmişov bu həbsin arxasında birbaşa olaraq Kəmalədin Heydərovun durduğuna dair əsaslı məlumata sahib olduğunu bildirərək, müdafiəmi bu səbəbdən təşkil edə bilməyəcəyini əsas gətirdi və mənə vəkillik etməkdən imtina etdi. Buna baxmayaraq, mən onu məhkəmədə Şədiyyə Salehlinin vəkili olaraq gördüm. Etdiyim əsaslı etirazın nəticəsi olaraq mənə vəkillik etməkdən imtina etmiş Bəylər Məmişov ümumiyyətlə bu işdən uzaqlaşmağa məcbur qaldı.
Xülasə, qeyd etmək istəyirəm ki, ağrılı, acılı, haqsız həbs həyatı yaşayıram. Azadlığımdan, ailəmdən, övladlarımdan məhrum vəziyyətə düşmüşəm. Azadlığa çıxmağım üçün kifayət qədər əsaslar, təqsirsizliyimi sübuta yetirəcək çoxsaylı dəllilər var. Amma Kəmaləddin Heydərovun Şədiyyə Salehlinin xahişinə sadiq qalması mənim işimə məhkəmələrdə ədalətli baxılmasına mane olub və hələ də bu problem davam etməkdədir. Bir sözlə, “fövqəlnazir” Kəmaləddin Heydərov azadlığa gedən yolumun qarşısında aşılmaz bir sədd kimi dayanıb.
Odur ki, ölkə başçısı cənab prezident İlham Əliyevə müraciət edərək kömək diləyirəm. Çünki bu ölkədə prezidentimiz işə qarışmayana qədər ədalət bərqərar olmur. Diqqətinizə görə təşəkkür edirəm”.(Hurriyyet.az)AZƏRBAYCANREALLIĞI.COM
Tarix: 14-05-2022, 00:16
-
Bu gün, 13:49
Avropa Birliyinin Ermənistana Azərbaycandan 5 qat artıq maliyyə yardımı ayırması...
-
Bu gün, 13:45
Türkiyə Alyansdan kənarlaşdırılacaqmı? — Ekspertdən AÇIQLAMA
-
Bu gün, 13:43
“ İrəvanda Azərbaycan və Türkiyə səfirlikləri açılacaq”
-
Bu gün, 10:20
Lotereya qaliblərinin adları niyə açıqlanmır? - RƏSMİ CAVAB
-
Bu gün, 10:03
Rusiyadan dünyaya nüvə və ərzaq təhdidi - ona “dur” deyən olacaqmı?
-
Bu gün, 09:56
Dondurma alarkən bunlara diqqət edin - VİDEO
-
Bu gün, 09:52
“Azov” döyüşçüləri belə təslim oldular – VİDEO
-
Bu gün, 09:51
“Qubad birbaşa siyasətlə məşğuldur, qardaşımla mövqelərimiz üst-üstə düşmür” - Vüqar Bayramov
-
Bu gün, 09:48
"Heç bir dövlət Rusiyanın işğalçı siyasətinə şərik olmaq istəmir" - ELXAN ŞAHİNOĞLU
-
Bu gün, 09:46
İran atom silahının bir addımlığında, İsrail hücuma son hazırlıq içində - Gərginlik
-
Bu gün, 09:45
20 günə 13 tender müqaviləsi imzalayan holdinq... - Külli miqdarda vergi borcu var
-
Bu gün, 09:43
Buçada insanların qətli əmrini verən bir komandir də müəyyən edildi...RƏSMİ-FOTO
-
Bu gün, 09:41
“UKRAYNA YAYIN SONUNDA ƏKS-HÜCUMA HAZIR OLACAQ” – “Ruslar hər şeydə məğlub olublar”
-
Bu gün, 09:34
“Land Rover”lə 4 nəfəri öldürən “Qurtuluş 93”ün sahibinin kürəkəni hakim qarşısında
-
Bu gün, 09:33
Masallıda niyə səfərbər OLA BİLMİRİK? - İTTİHAM VAR!
-
Bu gün, 09:31
Qiymətlər kəskin artdı - VİDEO
-
Bu gün, 09:21
Təhsil ocaqlarının yaxınlığında qumarxanalar... - BU NƏDİ BELƏ?
-
Bu gün, 09:16
Hacıbala Abutalıbovun oğlunun dəbdəbəli oteli - Bir gecəsi 35 min avro!
-
Dünən, 22:47
Şagirdlər arasında "patı"dan istifadə artıb - Məktəblərdə polis nəzarəti gücləndirilməlidir
-
Dünən, 22:34
86 gün sonra Mariupolun müdafiəsi dayandırıldı - Video
-
Dünən, 22:21
Rayon Rəhbəri şəhid Verdiyev İsax Ədalət oğlunun valideyinləri ilə görüşüb
-
Dünən, 22:09
Deputatla bağlı ŞOK İDDİALAR... - İLGİNC
-
Dünən, 22:05
"Korrupsionerlər milyardlarla pul qazanır, insanlar var-yoxdan çıxarılır..." - ETİRAZ
-
Dünən, 22:03
“Nar” yerli İKT peşəkarlarının yetişməsinə dəstək olur
-
Dünən, 22:01
"Rusiyanın Ukraynaya qarşı müharibəsi onun dövlət kimi mövcuduğunu təhlükə altına salacaq və beynəlxalq aləmdə uzqoya çevirəcək..."
-
Dünən, 22:00
"Ev partladı, anam rəhmətə getdi, KİRAYƏLƏRDƏ YAŞAYIRIQ, BAXAN YOXDUR" - Mingəçevirdən Şikayət
-
Dünən, 21:56
"Məsxərəyə qoyulan elm deyil, elmi dərəcə alan vəzifəlilər və qohumlarıdır" - İnstitut direktoru
-
Dünən, 21:55
Putin qubernatora qəzəbləndi: “Qulaq as…”
-
Dünən, 21:53
“Bir məmur digər məmurun fəaliyyətinə necə nəzarət edə bilər ki?!” - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:50
"Rusiya-1"də qalmaqal: "Gerçəklikdən çıxış etməsək, tarix bizim dərsimizi verəcək..."
{sape_links}{sape_article}