Ölkədən qaçan sabiq aparat rəhbəri axtarışa verildi - FOTO


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq aparat rəhbəri Səfər İmanov axtarışa verilib.

Pravda.az-ın məlumatına görə, onun barəsində Cinayət Məcəlləsinin  178.3.2, 324, 312.1-ci maddələri ilə axtarış elan edilib.

Qeyd edək ki, S.İmanov 2012-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək vətəndaş Eynur Kərimovu icra başçısının müavini vəzifəsinə təyin etdirəcəyi vədi ilə aldadaraq onun 170 min ABŞ dollarını mənimsəyib. Sabiq aparat rəhbəri bu işi Komitənin keçmiş sədri Hicran Hüseynovanın vasitəçiliyi ilə gördüyünü deyib.

Həmin il yayılan iddialara görə, E.Kərimov dəfələrlə pulu geri almaq üçün Hicran Hüseynova və Səfər İmanovla görüşüb. Daha sonra Səfər İmanov ölkədən qaçıb.

S.İmanov E.Kərimovdan 170 min dolları alan zaman ona qəbz verib. Qəbzdə Hicran Hüseynovanın da adı qeyd olunub.

Qafqazinfo 
 
Tarix: 14-05-2022, 09:17
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}