“Vətəndaşlar məmura inanmır” - Razi Nurullayev


“Bütün ölkədən qəbula gələn və ya zəng edənlər arasında xeyli vətəndaş olur ki, məsləhət də istəyir. Bəlkə mən cənab Prezidentə, ya da Birinci vitse-prezidentə məktub yazım? Deyirəm ki, Prezidentə qədər xeyli məmur var, onlara müraciət etmisən? Ya deyirlər hə, amma xeyri olmayıb, ya da yox deyirlər, çünki inanmırlar”. DİA.AZ cebhe.info-ya istinadla xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, vətəndaşların Prezidentə və Birinci vitse-prezidentə inanması, onlara sadiq olması iqtidar partiyası və hökumət üzvləri üçün yaxşıdır:

“Onlar buna sevinir və öz adlarına çıxırlar. Mən və rəhbərlik etdiyim Milli Cəbhə Partiyası bununla qətiyyən razı deyil. Bu hörmət və sədaqət onların şəxsi keyfiyyətlərinə və xalqla isti təmaslarına görədir. Belə olan halda mənə maraqlıdır ki, iqtidar partiyası üzvləri və hökumət təmsilçiləri nə düşünür? Vətəndaşların çoxu ən kiçik məişət məsələləri ilə bağlı Prezidentin və Birinci vitse-prezidentin adına məktub yazırsa, həyacan siqnalını basmaq zamanı deyilmi?”
Tarix: 18-05-2022, 15:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}