General oğlunun maşın kolleksiyası – Şok siyahı


Xaricdə yaşayan bloger Həbib Müntəzir Xüsusi Dövlət Mühafizə İdarəsinin rəisi olmuş, general-polkovnik Vaqif Axundovun yeganə oğlu Murad Axundovun avtomobil kolleksiyası ilə bağlı məlumat paylaşıb.


Yenipress.az xəbər verir ki, o paylaşımında M.Axundovun  90 XX 100, 90 KK 100, 10 ZZ 100, 10 EE 100, 10 LD 100 və 99 GH 101 dövlət nişanları ilə Mercedes C-Class Brabus, Mercedes E300, Mercedes S500, Mercedes GL63, Mercedes BENZ S 63 AMG, Mercedes Smart Fortwo Coupe və Range Rover markalı avtomobillərə sahib olduğunu bildirib.
“Bu avtomobillər 2000-2020 illər arası rəsmi olaraq DİN qurumlarında qeyd olunub. İndi yəqin ki, daha müasir və bahalı kolleksiyaya sahibdir. İstədiyi zaman nömrələri dəyişib sürür.
Murad Axundovun Ədliyyə nazirliyinin əməkdaşı olduğu bildirilir. Halbuki Muradın barəsində mətbuatda yazılanlar, sübut və dəlillər onun Azərbaycan Konstitusiyasının “Dövlət qulluqçularının etik davranış qaydaları” qanununa zidd olduğunu göstərir.
Murad Axundov Azərbaycanda “Seküriti Sistems”, “Svit”, “Svit Prodakşın”, “Comedy.Az Production”, “Alhambra”, “Baku Luxury”, “Unique Retail” adlı şirkətlərin sahibidir. Onların bir çoxunun hazırkı fəaliyyəti barədə məlumat olmasa da, digərləri kafe-restoran biznesi (Alhamba Lounge) və kosmetik-gigiyenik vasitələr satışı (Baku Luxury) ilə məşğuldur. Onun Çexiyada da “AG Property Group” adlı daşınmaz əmlak şirkəti mövcuddur. O, həmçinin Azərbaycanın müxtəlif ölkələrdəki səfiri vəzifəsində işləmiş, diplomat Zakir Həşimovun kürəkənidir.
Ölkə başçısı tərəfindən “Azərbaycan Bayrağı”, “Vətənə Xidmətə görə” 1 və 2-ci dərəcəli Ordenlərlə ilə təltif edilən Vaqif Axundov mətbuata oğlunun biznesi, dəbdəbəli həyat tərzi və bahalı ziyafətləri ilə bağlı açıqlamasında bunları deyib: “Mənim və oğlum haqqında nə yazırlar yazsınlar. Mən heç vaxt bundan incimərəm. Bu cür yazılardan narahat deyiləm”, – deyə H.Müntəzir yazıb.
Tarix: 19-05-2022, 15:47
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}