“Camaat aylıq 250 manatla dolanır, Fəzail Ağamalı 7 min maaşla insanları ələ salır" – Video


Salyan sakini millət vəkili Fəzail Ağamalı üçün parlamentə gilas gətirib.
Yeniavaz.com
xəbər verir ki, həmin şəxs gətirdiyi gilasları parlament binasının qarşısına aparıb deputata çatdırmaları üçün polisə təhvil verib.
“Camaat 250 manat maaşla ailə saxlayır, Fəzail Ağamalı isə 6-7 min manat maaşla, bu qədər obyektləri ilə gilas ala bilmədiyini deyir, insanları ələ salır”, - deyə o qeyd edib.
Xatırladaq ki, millət vəkili Fəzail Ağamalı çıxışı zamanı Bakıda meyvə qiymətlərinin çox yuxarı olduğunu bildirərək "Yüksək əməkhaqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm", - demişdi
Tarix: 24-06-2022, 22:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}