Yeganə oğlu şəhid olan ata: "BƏRDƏDƏ Park salmağa 12 min xərclədim, imkan vermədilər"


Yeganə oğlu şəhid olan ata: "Park salmağa 12 min xərclədim, imkan vermədilər"



Torpaqlarımızın erməni işğalçılarından azad edilməsində 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin adını uca tutmalı, onların adını əbədiləşdirmək üçün əlimizdən gələni əsirgəməməliyik.
Bu məqədlə onların adına xiyabanlar, parklar salınır, bulaqlar yaradılır. Ancaq bəzən bu müqəddəs işə dəstək olmaq əvəzinə mane olanlar da tapılır. Belə proseslərdən biri Bərdə rayonunda baş verib.
Belə ki, şəhid İsmayılzadə Şövqi Raqub oğlunun atası Bərdədə yalnız oğlunun deyil, bütün rayon şəhidləri üçün park salmaq istəsə də, ona mane olanlar var.
Şəhidin atası, Bərdə rayon Bəcirəvan kənd sakini Raqub Rzayev Cebhe.info-ya bildirdi ki, məhkəmə şəhid parkının tikintisini dayandırıb: 
"Mənim qonşum, Laçın rayon qaçqınıdır. Məndən sonra orada bələdiyyə topağı götürüblər. Bunun mənə heç bir aidiyyəti yoxdur. Həmin şəxs - Piriyeva Nəsibə məhkəməyə müraciət edib və məhkəmə də icra şöbəsinə verib. O isə məni çağırıb dedi ki, tikintini dayandır, ekspert təyin olunsun. Ancaq faktdır ki, o torpaq mənimdir.
Mən hakimin yanında oldum və dedim ki, bu torpaq mənimdir, əlimdə də sənədim var. Deyir o xanım da deyir ki, mənim torpağımdır. Deyrəm o mənimlə qonşudur, o xanımı kimsə öyrədir. Eşitdiymə görə, mağaza tikmək istəyirlər. O xanım iki mağaza tikib arendaya verib. Həmin torpaq sahəsi yol kənarında çökək ərazidir, oranı hördürmüşəm ki, torpaqla doldurub, yol səviyyəsinə çatdırıb, park salacam. İndiyədək 12 min manat vəsait xərcləmişəm. Heç kim də kömək etməyib. Bizim bir övladımız vardı, o da şəhid olub. Mən bu parkı yalnız öz övladım üçün deyil, ümumi Bərdədə 67 şəhid var, onların hamısının adına salmaq istəyirəm.
Hamısının da orada mərmərdən şəklini vuracam. Həmin ərazi elə bir yerdir ki, Ağcabədidən Bərdəyə girişdir və mənə orada həm ölkəmizin, rayonun adına iş görürəm. Mənə texnika lazımdır və bununla bağlı Bərdə rayon SuKanal idarəsinə demişəm, onlar yaxın günlərdə kömək edəcəklərinə söz veriblər. Orada bulaq, böyük abidə, mini park olacaq. Özüm layihəsini də hazırlatmışam. İcra başçısı ilə görüşdüm, dedi ki, "1-ci gün gələrsən yanıma, hakimlə danışaram, görüm niyə belə edir".
Çünki həmin torpaq verilən vaxtı, Torpaq şöbəsindən gəlib ölçü aparılanda cənab icra başçısı Vidadi İsayev özü də iştirak edib. O özü parkın salınmasına razıdır. Hakimlə o torpağı istəyən qadın prosesə mane olurlar. Ancaq mənim sənədim əlimdədir, torpağıma yaxın gələ bilməyəcəklər. Sadəcə işi gecikdirirlər. Oktyabr ayının 7-si oğlumun ildönümüdür. İstəyirəm ki, o vaxtadək işi yekunlaşdıram ki, açılışını edim". 
Şəhidlərimizin xatirəsini əbədiləşdirmək istiqamətində tədbirlərin həyata keçirilməsi müvafiq qurumların vəzifəsidir. Əgər şəhid valideyni elə bir çətin işi öz öhdəsinə götürürsə heç olmasa mane olmasınlar.
SİAM.AZ
Tarix: 26-06-2022, 00:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}