Məhkəmə Əvəz Zeynallını həbsdə saxlayıb

Bu gün Binəqədi Rayon Məhkəməsi “Xural TV”nin rəhbəri Əvəz Zeynallının həbsinin ev dustaqlığına dəyişdirilməsilə bağlı vəsatəti təmin etməyib. Bu barədə vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Vəkil onu da bildirib ki, Zeynallıya qarşı  312-1-ci maddə  (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) ilə daha bir  ittiham irəli sürülüb.
*Sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov prokurorluq tərəfindən saxlanılıb, sentyabrın 11-də isə Binəqədi məhkəməsi onların hər ikisini 4 ay müddətinə həbs edib.
Əvəz Zeynallı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma), Sadıqov isə 32.5, 311.3.3-cü maddələrilə (külli miqdarda rüşvət almağa kömək etmə) ittiham edilib.
Beynəlxalq təşkilatlar vəkil və jurnalistin həbsini pisləyiblər. Onlar Azərbaycan hakimiyyətini həmin şəxsləri azad etməyə çağırıblar.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovun barəsində həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib.
Tarix: 21-09-2022, 22:08
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}