Şəhid məclisində GÜLƏRƏK SELFİ: - vicdan xəstələri üçün həkim axtarılır
2022-ci ilin sentyabrı həyatımıza şəhidlərimizin ayı kimi daxil oldu. Düşmən təxribatlarının qarşısını almaq üçün 79 manqal ürəkli, aslant biləkli oğul qurban vermişik. Ürəklərimizə od düşüb, evinə şəhid xəbəri gəlmiş 79 ailə ilə eyni acını yaşayırıq. Amma deyəsən hamımız yox.
Sosial şəbəkələrdə insanın qanını donduran şəkillər yayılır. Müxtəlif təşkilatları təmsil edən bir qrup insan o ev sənin, bu ev mənim deyərək ehsan yemə turlarına çıxıblar.
Mənim bildiyimə görə, ehsan vəfat edən şəxsin günahlarının bağışlanması üçün verilir. Şəhidlərimizin nə günahı vardı? Bir canları var idi, onu da vətən yolunda, xalq yolunda verdilər. Çoxusunun bu geniş dünyada nə evi vardı,nə doğru-dürüst günü-güzəranı. Onlar bizə haqqlarını halal etməlidirlər, biz onlara deyil.
Şəhid ailəsi ehsan verməli deyil, şəhidin ailəsinə dəstək verilməlidir. Lap deyək, ehsanı şəhidin yaşadığı əraziyə məsul olan dövlət qurumları verir. Bəs gedib bu ehsan məclisində şəhidin şəkli qarşısında gülə-gülə şəkil çəkdirmək nə deməkdir? Bunun bir açıqlaması varsa deyin biz də bilək.
Şəhidlərin yas mərasimləri layihələrədən pul qoparıb başını saxlayan bəzi-bəzilərinin, yekə-yekə arvad və kişilərin qarınlarını götürüb gəzmələri, ciblərini və reklamlarını güdmələri üçün təşkil olunmur. Maskalanmağı gözəl bilirsiniz, barı bu məclislərdə də maskalanın, üzünüzə yalandan da olsa kədər qondurun, arsız-arsız gülüb şəhidlər üçün yas tutanların əsəbləri ilə oynamayın.
Yas mərasiminə baş çəkmək o deməkdir ki, ey dərdi olan ailə, mən sənin dərdinə şərik olmağa gəlmişəm, yanındayam, dəstəyəm. Belə yerə gələndə əliboş gəlməmək ən məqbul olanıdır. Bacardığından, gücün yetəndən kömək edirsən. Məlum məsələdir ki. şəhid ailələrinin böyük əksəriyyəti ehtiyac sahibləridirlər. Yoxsa sən qonaqlığıa gəlirmiş kimi gəl ye, iç, üstəlik gedəndə masanın üstündəkilərdən çantana da dürt, evdəkilərə apar, sonra dur gülə-gülə şəkil çəkdir.
Bu da dövrün xoşagəlməz dəblərindəndir, hara gedirsənsə orda şəkil çəkdirib, başqalarına göstərmək. Amma ağıllı adam bilməlidir harda nə edir. Harda nə qələt edirsən et, barı burda etmə.
Bir Azərbaycan əsgərinin şəhid olması xəbərinə, bir ailənin şəhid üçün axıtdığı göz yaşlarına yalnız düşmən, erməni qanı daşıyanlar təbəssümlə reaksiya verə bilər. Görəsən xəstə vicdanları müalicə edən həkim varmı?
İlhamə HƏKİMOĞLU //LENT.AZ//
Tarix: 23-09-2022, 14:36
-
Bu gün, 08:30
"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ
-
Bu gün, 08:30
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Bu gün, 07:29
Emin Əmrullayev vətəndaş adı ilə işçilərini qəbul edib
-
Bu gün, 07:24
Vəzifəli şəxsləri həbs olunan “Epidbiomed” şirkəti Səfərbərlik Xidmətinə 55min ədəd narkotesti nə üçün satıb? – Araşdırma
-
Bu gün, 07:15
İranda təhsil alan azərbaycanlı qızın ŞOK ETİRAFI: Bizi imamın evinə aparıb 10 nəfərlə…
-
Bu gün, 07:03
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi – Torpaq qalmaqalı
-
Bu gün, 07:02
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Bu gün, 07:00
Bakıda saxta məhsullar hazırlanırmış: “Domestos”, “Fairy”, “Perwol”… – Fotolar
-
Dünən, 23:20
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Dünən, 23:19
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
Dünən, 23:16
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dünən, 23:09
Rusiya “mifyaradanları” gedir, amma…
-
Dünən, 23:08
Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər
-
Dünən, 23:04
Adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Dünən, 22:52
Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO
-
Dünən, 22:47
Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
-
Dünən, 22:39
“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı
-
Dünən, 22:34
Erməni cəmiyyəti həyəcan içində, mif dağılır: “Yığışdırın bu müzakirəni”
-
Dünən, 22:33
Ermənistan öz silahlı qüvvələrini Qazaxın dörd kəndindən ÇIXARIR
-
Dünən, 22:24
“Bu halda respublikaçılar öz mövqelərini itirəcək... - Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
-
Dünən, 22:11
KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?
-
Dünən, 22:02
Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video
-
Dünən, 21:30
Vaqif küçəsinin sakinləri təhlükədə: çürümüş işıq dirəkləri hər an aşa bilər - FOTOLAR
-
Dünən, 18:37
Milli Məclis özünü buraxa bilər - YAP-çı deputatdan yeni parlament seçkiləri və referendum ANONSU
-
Dünən, 18:19
Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"
-
Dünən, 14:43
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
-
Dünən, 11:42
Fransanın növbəti diplomatları qovulub - Observer Online
-
Dünən, 11:36
“Gomas Auto” məhkəməyə verildi - 1 milyon AZN-dən çox vergi borcu var
-
Dünən, 11:27
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Dünən, 11:22
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
{sape_links}{sape_article}