Medal ala bilməyən Qarabağ Qazisi NARAZILIQ EDİR... - “İşsizlik üçün müraciət edəndə dedilər...”


Səyyad Quliyev 2-ci Qarabağ müharibəsində Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib. Ona “Qubadlının azad olunmasına görə” medalı verilsə də, Cəbrayıl döyüşlərinə görə medal verilməyib.

Müdafiə Nazirliyindən bu barədə açıqlama almaq mümkün olmadığı üçün medalın verilməmə səbəbini öyrənə bilmədik.

Qazi dövlət qurumlarının biganəliyindən də gileylənir. Deyir, səhəti ilə bağlı problemlərinə görə öz hesabına müalicə alıb. Maddi imkanı olmadığı üçün

Sabunçu Rayon İcra Hakimiyyətindən “Toplum TV”yə bildirilib ki, qazinin adı sistemdə çıxmadığı üçün açıqlama vermək mümkün deyil.

Səyyad Quliyev həm də işsizlikdən şikayət edir. Deyir, fərdi məşğulluq üçün müraciət etdikdə, ona 1 il gözləməli olduğu deyilib.

İşsizlik şikayəti ilə əlaqədar Bakı Regional Məşğulluq Mərkəzindən də açıqlama almaq mümkün olmayıb.

Toplum TV



Tarix: 28-11-2022, 11:16




Xəbər lenti

{sape_links}{sape_article}