Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir - ŞİKAYƏT

Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir
“Həyatda uğur qazanmağın ən vacib yollarından biri əmək fəaliyyəti ilə məşğul olmaq, heç bir bəhanə ilə işdən yayınmamaq, öz əlinin zəhməti ilə dolanmaqdır. Müftəxorluq və tənbəllik həm bədəni, həm də ruhu korlayır”.
SİAM.AZ yeniavaz.com-a istinadla xəbər verir ki, bu sözləri Mingəçevir sakini Yaqut Nuriyeva deyir.
O, çalışqanlığı ilə həyatda öz ayaqları üstə qalmağı sevir. Çox çalışqan qadındır. Ailənin bütün qayğıları bir qadın olaraq onun üstündədir. 3 övlad anasıdır. Həyat yoldaşı ilə ayrılıb. Ailəsində xoşbəxtlik tapmasa da, deyir ki, xoşbəxtliyim zəhmətsevərliyimlə qapımı döyəcək.
Bu xanım hazırda Mingəçevir Tərəvəzçilik qəsəbəsində yaşayır. Öhdəsində 3 ruhi xəstə bacı, bir ahıl yaşlı ana var. Xanım həm dərzidir, həm heykəltaraşdır, həm də müxtəlif bəzək əşyalarından əl işləri hazırlayıb sataraq öhdəsində olan ailəsinə baxır.

Onu da qeyd edək ki, hazırda tikdirdiyi evin kərpicini hörür, elektrik işlərində də usta ilə bərabər çalışır. Özünün dediyi kimi, əlindən hər iş gəlir.
Yaqut Nuriyeva Mingəçevirdə özünəməşğulluq proqramına qoşulmaq üçün dəfələrlə cəhd etsə də, alınmadığını, müraciətlərinə cavab verilmədiyini deyir.
Mingəçevir Məşğulluq Mərkəzindən məsələ ilə bağlı bildirildi ki, özünəməşğulluq proqramına qoşulmaq növbəlilik əsasında həyata keçirilir.

Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir
Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir
Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir
Mingəçevir sakini Məşğulluq Mərkəzinin müraciətlərə cavab vermədiyini deyir
Tarix: 27-01-2023, 18:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}