Bayram oldu, heç bilmirik neyləyək - Sağda sevinc, solda qayğı
Bəzi ölkələrdə, eləcə də Azərbaycanda Novruz bayramı təmtəraqla qeyd olunur. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirir, onu yeni ilin başlanğıcı kimi bayram edirlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
Azərbaycanda digər əlamətdar bayramlar kimi, Novruz bayramı da qiymətlərin bahalaşması ilə müşayiət olunur. Süfrələrimizin şəkərbura, paxlava, qoz, fındıq və cürbəcür naz-nemətlərlə bəzəndiyi bu bayramda istehlakçılar böyük xərcə düşürlər. Əhali bir tərəfdən bayram sevincinə qərq olsa da, digər tərəfdən bu bayramı necə qarşılayacağının qayğısını çəkir. Müvafiq qurumlar isə süni qiymət artımlarının qarşısını almaqda maraqlı görünmür.
Siam.az-ın məlumatına görə, iqtisadçı ekspert Xalid Kərimli AYNA-ya şərhində deyib ki, qiymət artımları ötən ilin əvvəlindən başlayıb və dayanmayıb: “Ötən il ölkəmizdə 14 faiz inflyasiya qeydə alınıb. Bu, kifayət qədər ciddi rəqəmdir. Qiymət artımları dayanmayıb və davam etməkdədir. Bu, bütün sahələri əhatə edir. Dünya bazarında müəyyən qiymət enmələri baş versə də, Azərbaycanda bu hal qeydə alınmır. Çünki istehlakçı hüquqları qorunmur. Sahibkarlar da inbzibati müdaxilə olmadığı təqdirdə qiymətləri endirmirlər. Azərbaycanda bazarlar yaxşı işləmir. İnhisarçılıq, monopoliya hökm sürür və bütün sahələrə sirayət edir. Azərbaycan hökuməti inhisarçılar və monopolistlər üzərində nəzarəti gücləndirməlidir. Onları müəyyənləşdirmək müvafiq qurumların borcu və vəzifəsidir. Rəsmi deyil, faktiki vəziyyəti öyrənib hərəkətə keçməyin zamanıdır”.
“Bayramlarda, fəsil dəyişikliklərində, hər fürsətdə qiymətləri qaldırırlar. Ərzaq, dərman, tikinti, xidmət, kənd təsərrüfatı, bir sözlə, bütün sahələrdə qiymət artımları müşahidə olunur. Təkcə son bir ildə ət və ət məhsullarının qiymətində 30 faizə yaxın artım qeydə alınıb. Hansı ki, bu məhsullar istehlakçıların qida rasionunda mühüm yer tutur”, - deyə həmsöhbətimiz bildirib.
Kərimlinin sözlərinə görə, yarmarkalar təşkil etməklə qiymət artımlarının qarşısını almaq effektiv deyil: “Birincisi, bu yarmarkalarda satışa çıxarılan məhsullar ucuz qiymətə satılmır. Elə də ciddi qiymət fərqi yoxdur. Əgər hökumət qiymət artımının qarşısını almaq niyyətindədirsə, bunun üçün müxtəlif üsullardan istifadə edə bilər. Misal üçün, mövcud bazarlardan bir aylıq icarə haqqı almaz, nəticədə qiymətlərə endirim şərti qoyar. Yaxud bayram günlərində bazarlara başqa təşviqedici addımlar ata, stimullar tətbiq edə bilər. Tutaq ki, “ƏDV geri al”ın həcmini kampaniya şəklində bir həftəlik artıra bilər. Bunların heç biri baş vermir və nəticədə zərbə yenə vətəndaşlara dəyir”.
DİA.AZ bildirir ki, Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da AYNA-ya açıqlamasında ilboyu əmtəə bazarındakı vəziyyətin həm kəmiyyət, həm də keyfiyyət baxımından istehlakçıların zərərinə dəyişdiyini söyləyib: “Təsəvvür edin, məmur oliqarxiyası o qədər harınlayıb ki, dövlət başçısının xəbərdarlığına da məhələ qoymurlar. Prezident İlham Əliyev dəfələrlə xəbərdarlıq edib ki, süni qiymət artımları yaradılmasın. Bir tərəfdən ölkə başçısı məvacibləri, pensiyaları qaldırır, digər tərəfdən inhisarçı şirkətlər həmin pulları dolayısı ilə onlardan geri alır. Bu sıraya işsiz, heç bir gəliri olmayan əhalini də əlavə etsək, xaotik mənzərə yaranır”.
“İqtisadiyyat Nazirliyi yanında istehlakçı hüquqlarını qoruyan müvafiq qurum fəaliyyət göstərir. Həmin qurum süni qiymət artımlarına qarşı əməli mübarizə aparamır, ya da aparmaq istəmir. Azərbaycanda istehlakçını düşünən yoxdur. Bayram keçirmək hər bir vətəndaşın hüququdur. Bayram tətili verilir, ancaq bayramı keçirmək üçün əhalidə pul yoxdur. Belə olduqda bayramın nə mənası və anlamı qalır ki?! Bunu da düşünən yoxdur”, - deyə müsahibimiz vurğulayıb.
AİB sədri Azərbaycanda qalxan qiymətlərin bir daha enmədiyini qeyd edib: “Dünya bazarında müşahidə olunan iqtisadi geriləmə, beynəlxalq münasibətlər sistemində yaranan gərginliklər, müharibələr mövcud vəziyyətə təsir edir. İllərdir yerli istehsalın artırılmasından, “Made in Azerbaijan” brendinin təşviqindən danışırlar. Amma elementar Rəqabət Məcəlləsini qəbul etmirlər”.
“Hazırda məhsulların, xüsusilə ərzaq mallarının qiymətinin durmadan artması tendensiyası müşahidə olunur. Bu, təhlükəli tendensiyadır. Bununla bağlı rəhbəri olduğum quruma çoxsaylı şikayətlər daxil olur. Azərbaycanda kartel sövdələşmələri mövcuddur. Qiymətlərin maraqlı qüvvələr tərəfindən müəyyən olunması ənənəsi hökm sürür. Eləcə də monopoliya var. Çox təəssüf ki, bazar bu bəlalardan xilas ola bilmir. Üstəlik, dövlət rəsmiləri aktiv şəkildə biznes fəaliyyəti ilə məşğul olurlar. Bu kimi neqativ hallar aradan qalxmayana qədər vəziyyət dəyişməyəcək”, - deyə Hüseynov fikrini tamamlayıb.
Tarix: 22-03-2023, 14:17
-
Dünən, 23:20
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Dünən, 23:19
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
Dünən, 23:16
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dünən, 23:09
Rusiya “mifyaradanları” gedir, amma…
-
Dünən, 23:08
Xalq artistinin klinikasına qarşı ittiham - 2000 manat cərimələnə bilər
-
Dünən, 23:04
Adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Dünən, 22:52
Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO
-
Dünən, 22:47
Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
-
Dünən, 22:39
“Azərişıq” ASC-in 1,7 milyon pulunu mənimsəyən şirkət rəhbəri ilə bağlı qərar çıxarıldı
-
Dünən, 22:34
Erməni cəmiyyəti həyəcan içində, mif dağılır: “Yığışdırın bu müzakirəni”
-
Dünən, 22:33
Ermənistan öz silahlı qüvvələrini Qazaxın dörd kəndindən ÇIXARIR
-
Dünən, 22:24
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək... - Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
-
Dünən, 22:11
KASIBLARLA DOST OLMAYAN NAZİRİN “DOST” TELEVİZİYASI... - Yeni televiziya sosial məsələlərə, yoxsa Babayevin piarına xidmət edəcək?
-
Dünən, 22:02
Millət vəkilləri arasında gərgin anlar yaşandı - Video
-
Dünən, 21:30
Vaqif küçəsinin sakinləri təhlükədə: çürümüş işıq dirəkləri hər an aşa bilər - FOTOLAR
-
Dünən, 18:37
Milli Məclis özünü buraxa bilər - YAP-çı deputatdan yeni parlament seçkiləri və referendum ANONSU
-
Dünən, 18:21
Deputat Kamaləddin Qafarovun MİLYONLUQ şirkəti CƏRİMƏLƏNDİ - SƏBƏB
-
Dünən, 18:19
Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"
-
Dünən, 14:43
Adı məktəblilərin zəhərlənməsində hallanan şirkət bu dəfə DİM-ə yemək satacaq - DETALLAR
-
Dünən, 11:42
Fransanın növbəti diplomatları qovulub - Observer Online
-
Dünən, 11:36
“Gomas Auto” məhkəməyə verildi - 1 milyon AZN-dən çox vergi borcu var
-
Dünən, 11:27
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Dünən, 11:22
Rəcəb Babaşov birinci qrup gözdən əlilə zülüm edir - Bu Allahsızlıqdır, görün bizi nə günə qoyublar (VİDEO)
-
Dünən, 11:16
Qərbi azərbaycanlıların qayıdışı Bakının strateji hədəflərindəndir
-
Dünən, 11:08
Tariyel Əkbərov təhqir olunan müəllimi işdən azad etdi
-
Dünən, 10:46
"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ
-
Dünən, 07:47
İmtahan günü peyda olub, "pul qıran" əmanət köşkü... - DİM deyir ki, "bizə heç bir aidiyyəti yoxdur"
-
Dünən, 07:39
"Mən sübut edə bilərəm ki, vedrə ölçü vahididir"
-
18-04-2024, 23:36
Meclis.info platformasının rəhbəri saxlanılıb
-
18-04-2024, 22:09
Üç rayonda ağaclar qanunsuz kəsilib, təbiətə 13 min manatdan çox ziyan dəyib
{sape_links}{sape_article}