"OBA"nın məhsulu köhnədir? - İDDİA - FOTO



"Veysəloğlu" şirkətlər qrupunun tərkibinə daxil olan "OBA market" MMC-nin mağazalarının birindən alınmış məhsulun köhnə olduğu bildirilir.
 
Pravda.az-ın xəbərinə görə, bu iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.
 
Bildirilib ki, alınan konfetin üzərində istifadə müddəti 120 gün qeyd olunsa da, istehsal tarixi göstərilməyib: "Nə başa düşək? İçi isə, təbii olaraq, köhnədir".
 
İzləyicilərin də bəziləri "OBA market"lə bağlı şikayətlərini qeyd ediblər. 
 
Mağazalar şəbəkəsinin İdarə heyətinin üzvü və Marketinq departamentinin direktoru Hikmət Əliyev isə bildirib ki, çəki məhsullarının tarixi qutu üzərində olur: "Bu məsələ ilə maraqlanılacaq".
Tarix: 11-02-2024, 23:02
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}