"Misli"nin bəhanələri də MİSİLSİZDİR... - TƏFƏRRÜAT

"Misli"nin bəhanələri də MİSİLSİZDİR...
“Misli” tətbiqində problemlər yaranıb. AFN.az xəbər verir ki, bu barədə mərc həvəskarları sosial şəbəkələrdə bildiriblər. Jurnalist Ağa Dadaşzadə videomüraciət yayaraq eyd edib ki, “Misli” mobil tətbiqi vasitəsilə “vətəndaşların cibinə girir”: “Mənim “Misli” tətbiqimdə son günlər ciddi problemlər yaşanır. “Misli” rəhbərliyi bu problemə biganə yanaşır, vəziyyət elə də davam edir. Problem ondan ibarətdir ki, canlı oyunlara pul qoymaq istərkən tətbiq öz-özünə sürüşdürmə edir, oyunların yeri dəyişir və nəticədə insanlar yanlış oyunlara hesab ataraq zərərə düşürlər. Bu problem günlərdir davam edir və düşünün, bu günlər ərzində nə qədər pullar itib. “Misli” birbaşa cavabdehliyi üzərinə götürməli, itirilən pulların əvəzini ödəməlidir”.
Jurnalisti Tiktok sosial şəbəkə hesabından etdiyi paylaşıma oxşar problemlə üzləşən xeyli sayda istifadəçi yazıb. Ömər adlı şəxs bildirirb ki, sistem donduğu üçün bir hesaba 4 dəfə pul vurulub və nəticədə ona 240 manat ziyan dəyib: “Nömrələrinə yığdım, bir adam tapmadım ki, cavab versin”.
Bundan başqa istifadəçilər uduşlarını ala bilməməklərindən, ən müxtəlif problemlərdən şikayətləniblər. Həmin rəylərin fotosunu aşağıda təqdim edəcəyik.
Onu da qeyd edək ki, şikayətçilərin bəziləri yaranmış “sürüşmə” problemini sübut etmək üçün videolar paylaşıblar. Həmin videoları araşdırdıqdan sonra mMəsələ ilə bağlı “Azərlotereya”nın mətbuat xidmətindən AFN.az-a açıqlama verildi. Açıqlamada bildirilir ki, videodakı görüntüdə proses mobil tətbiqdən deyil, veb-saytdan yoxlanılıb: “Qeyd edilən məsələ başqa cihazlarda da yoxlanılıb və heç bir problem görülməyib.
Bu, istifadə edilən cihazın texniki göstəricilərindən asılıdır. Belə ki, səhifə aşağı sürüşdürülür, telefon buna bir neçə saniyə sonra reaksiya verir və yeni hissəyə keçənə qədər köhnə hissənin görüntüsü ekranda qalır (donma), reaksiya verənə qədər ekrana basıldığında cihaz bunu artıq sürüşdürmə nəticəsində olan yerə tətbiq edir (donma zamanında edilən əməliyyatın nəticəsi) və nəticədə səhv oyuna seçim kimi anlaşılır. Bu gec reaksiya vermə iri məlumat tutumlu sosial şəbəkə tətbiqlərində də cihazın texniki göstəriciləri zəif olduqda yaşanan çətinlikdir.
Belə hallarda bir neçə cihazda yoxlamaq tövsiyə edilir. Böyük ehtimalla normal texniki göstəricilərə malik olan cihazda bu problem yaşanmayacaq”.

VİDEO - https://www.youtube.com/shorts/lHm736kGbN4
Tarix: 12-02-2024, 09:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}