Boşboğazdırlar, rus dili düşmən dilidir? - Aqil Abbas torta görə əsəbiləşdi

Boşboğazdırlar, rus dili düşmən dilidir?
Milli Məclisin deputatı Aqil Abbas ötən gün 71 yaşına qədəm qoyub.

Ölkə.Az xəbər verir ki, doğum günündə nəvələri millət vəkilini təbrikə gəliblər.

Azyaşlıların babası üçün gətirdikləri tortun üzərində isə rusca ürək sözləri yazılıb.

Sosial şəbəkə istifadəçilərindən biri deputatın nəvələrinin onu doğma dilimizdə təbrik etməməsini bir qədər xoş qarşılamayıblar.

Ölkə.Az yazılan tənqidlərlə bağlı mövqeyini öyrənmək üçün Aqil Abbasa zəng etdib. Deputat saytımıza açıqlamasında yazılanları qeyri-obyektiv hesab etdiyini bildirib:

"Yəqin ki, təbrik ingiliscə olsaydı, elə şey yazmazdılar. İngiliscə yazılanda niyə dillənmirlər? İngilis dili bu xalqa Azərbaycan dilindən doğmadır? Rus dili düşmən dilidir? Nə fərqi var ki, rus dilidir?

İkincisi, mənim nəvələrim Azərbaycan dilində çox gözəl bilir. Onu yazanlar boşboğazdır", - deyə o söyləyib.

Boşboğazdırlar, rus dili düşmən dilidir?
Tarix: 2-04-2024, 11:42
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}