Ekspert: "Turizm şirkətləri məcburiyyət qarşısında qalaraq turpaketlərin qiymətlərini artırırlar" - SƏBƏBLƏR AÇIQLANDI


"Hazırda turizm şirkətləri qiymətləri artırmayıb. Bahalaşma əsasən yay turlarında olur".
 
Bunu Pravda.az-a açıqlamasında "Yes Travel" şirkətinin rəhbəri, turizm üzrə ekspert Üzeyir Bağırlı bildirib.
Novruz bayramında istirahəti harada keçirmək sərfəlidir? Ölkə daxilində,  yoxsa… - Ekspertdən AÇIQLAMA Pravda.az
Ü.Bağırlının sözlərinə görə, yay fəsli yaxınlaşdıqca ölkədaxilindəki və xaricindəki hotellər qiymətləri artırırlar: "Buna səbəb istirahətə gedənlərin çox olması ilə bağlıdır. Turizm şirkətləri də məcburiyyət qarşısında qalaraq turpaketlərin qiymətlərini artırırlar. Qeyd edim ki, AZAL hər həftə endirimlər edir, bilet qiymətləri əvvəlki dövlərlə müqayisədə normaldır. Deməyim odur ki, bahalaşma hava yolları ilə də bağlı deyil. Ola bilər ki, ucuz klasslı biletlər daha tez bitir, bahalılar qalır... Çünki yay turlarına biletləri indidən alırlar. Belə olan halda, bilet ucuz olur. Mövsüm yaxınlaşdıqca isə qiymətlər artır. Bu da normal haldır. Otellərin yeri azaldıqca qiymətləri qaldırırlar. Məsələn, biz Avropa turpaketlərini qış mövsümündən satışa çıxarmışıq. Kim alıbsa, ona ucuz başa gələcək... Bir daha qeyd edirəm, bahalaşma turizm şirkətləri ilə əlaqəli deyil".
Tarix: 9-04-2024, 10:03
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}