Meclis.info platformasının rəhbəri saxlanılıb




Aprelin 18-də “Meclis.info” platformasının rəhbəri İmran Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb.

Civilazerbaijan.com
bildirir ki, bu barədə onun özü məlumat verib.

“Haqqımda gedən sifarişli yazıdan sonra təhlükəsizlik üçün İstanbula bilet almışdım. Barəmdə yazılan xəbərlər uydurmadır. Saat 20:54-dür, pasportumu, həmçinin biletimi də alaraq məni saxlayıblar”.

İmran Əliyev bildirib ki, o, Sərhəd Qoşunları tərəfindən saxlanılaraq “qara maskalı” şəxslərə təhvil verilib. Onun sözlərinə görə saxlanılarkən ona qarşı zor tətbiq olunub.

Amerikanın Səsinin məlumatında qeyd olunur ki, sayt rəhbəri saxlanmazdan bir neçə saat öncə hakimiyyətyönümlü “Qafqazinfo” saytında ““Abzas Media” və “Toplum TV” işində yeni faktlar” adlı məqalə dərc olunub və orada İmran Əliyevin də adı çəkilir.

civilazerbaijan.com
Tarix: 18-04-2024, 23:36
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}