"Həkim komissiyası və komissarın iş birliyi"- NARAZILIQ


Ucar  rayonu Qaradağlı kənd sakini Əhmədova Rəhilə Şərif qızı redaksiyamıza şikayət məktubu ünvanlamışdır. 
Məktubu olduğu kimi dərc edirik.
Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub mənim ciddi xəstə oğlum 01.04.2006-cı il tarixdə anadan olmuş Əhmədov Fərid Elçin  oğlunu  hərbi xidmətə aparmaq istəyirlər.Artıq buna dair çağırış vərəqi bizə təqdim edilib.Qeyd edim ki, oğlum Fərid anadan gəlmə ürəyi qüsurlu ciddi epilepsiya xəstəsidir onda hər gün tutmalar baş verib ürəyi gedir.Oğlum Fərid hərbi xidmətə yararsız olsada onu qanunsuz olaraq həqiqi hərbi xidmətə aparırlar.
Bu açıq aşkar qanunsuzluqdur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağrı üzrə Dövlət Xidmətinin Ucar şöbəsinin rəhbərliyi həkim komissiyası ilə əlbir olub ediblər.Qeyd edim ki, Fəridin atası Əhmədov Elçin Sırac oğlu eyni xəstəlikdən 2 il əvvəl vəfat edir.Bu xəstəlik onlarda irsidir. Mənim oğlum hərbi xidmətə aparılarsa orada öləcək ki, bunun məsuliyyəti saxtakar hərbi həkim komissiyasının üzərinə düşəcək. Buna görə oğlum Fərid obyektiv müayinə olunmalı və ciddi xəstə olduğu üçün hərbi xidmətə aparılmamalıdır. 
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin belə bir ciddi xəstəyə nə ehtiyacı var ? 
Mən mərkəzi orqanlardan xahiş edirəm,shx şikayətimi obyektiv araşdırıb ciddi tədbirlər görəsiniz.
Siam.az
Tarix: 20-04-2024, 08:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}