İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi

İşdən çıxarılan əməkdaşı TƏBİB-i məhkəməyə verdi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işdən çıxarılan əməkdaşı qurumu məhkəməyə verib.

İqtisadiyyat.az xəbər verir ki, Cəfərova Validə Yadigar qızı TƏBİB-ə qarşı məhkəmədə iddia qaldırıb.

O, məhkəməyə müraciətində işdən haqsız yerə çıxarıldığını bildirib, işə bərpa və işdən çıxarıldığı müddət üçün əməkhaqqı tələbi irəli sürüb.

Onun iddiası Yasamal Rayon Məhkəməsində hakim Toğrul Axundovun sədrliyi ilə araşdırılacaq.

Hakim iddianı təmin edərsə, V.Cəfərova işinə bərpa olunacaq və onun işdən çıxarıldığı müddət üçün əməkhaqqısı veriləcək.
Tarix: 14-05-2024, 21:51
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}