Ermənilər qaçır, borclar artır, soyuducular boşalır

Ermənilər qaçır, borclar artır, soyuducular boşalır Məşhur erməni jurnalisti Arman Suleymanyan prezident Serj Sarkisyanın erməni xalqına alternativ Yeni il müraciətini əks etdirən video təqdim edib.

Virtualaz.org-un xüsusi müxbir Vahan Martirosyanın məlumatına görə, təbrikdə deyilir: "Əziz həmvətənlər!!! 2016-cı il sona yaxınlaşmaq üzrədir, şübhəsiz, bu çətin il idi. O daxili, xarici və iqtisadi məsələlər baxımından çətin idi. Bizdə yeni ildə iqtisadiyyatın inkişafı 0% olacaq və konstitusiya islahatlarına baxmayaraq sizin soyuducularınız daha çox boşalacaq".


Sonra jurnalist Sarkisyanın adından qeyd edir ki, onun hakimiyyətdə olduğu 8 il ərzində 300.000-dən çox insan və ya əhalinin 10%-i ölkəni həmişəlik tərk edib. Ölkənin ümumi daxili məhsulu (ÜDM) 10% azalıb, yoxsulluq həddində yaşayan vətəndaşların sayı 30%-ə qədər çoxalıb, xarici borc dörd dəfə artaraq ÜDM-in 60%-i səviyyənə-təhlükəli həddə çatıb.

Sarkisyanın alternativ Yeni il müraciətində, həmçinin Ermənistanın Qarabağda itirdiyi - Azərbaycan ordusunun azad etdiyi 800 hektar torpaqdan da bəhs olunur.

"Əziz həmvətənlər, yenə xahiş etmək istəyirəm, bütün bunları, həmçinin iyulda nümayişçilərin və jurnalistlərin amansızcasına döyməsini, hansı ki, biz təşkil etmişdik, unudun. Axı ailənin başçısı ciddi, mən hətta amansız deyərdim, olmalıdır, xüsusilə əgər bu doğma ata yox, atalıqdırsa.

Əzizlərim, bunu etiraf etmək nə qədər çətin olsa da deməliyəm: mənim rejimim barəsində sizin ədalətli qəzəbinizi nəzərə alaraq ölkədə sadəcə bəzi dəyişiklikləri həyata keçirməyə məcbur idim. Mənə, mənim mümkün gedişimin görüntüsü təəssüratını yaradan adam lazım idi. Yeni baş nazirin təyinatı və Nazirlər Kabinetindəki dəyişiklikləri edərkən bircə məqsədim vardı-apreldə keçiriləcək parlament seçkilərinə qədər vaxtı udmaq", - deyə müraciətdə daha sonra vurğulanır.
Tarix: 3-01-2017, 22:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}