Tiflisdə “Gürcüstan Bankı” növbəti dəfə qarət olunub

Tiflisdə “Gürcüstan Bankı” növbəti dəfə qarət olunub Gürcüstan paytaxtındakı Baxtrioni küçəsində yerləşən “Gürcüstan Bankı”nın filialı növbəti dəfə qarət olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Rustavi 2” televiziyası məlumat verib. Hadisəni törətməkdə şübhəli bilinən 30 yaşlı kişi “isti izlər”lə saxlanılıb.

Gürcüstan DİN-dən verilən məlumata görə, qarət ilə bağlı “Soyğunçuluq” və “Qanunsuz silah əldə etmə, saxlama və daşıma” maddələri üzrə cinayət işi başlanıb.


Qarətlə bağlı DİN və “Gürcüstan Bankı” heç bir şərh verməyib.
Tarix: 3-01-2017, 22:49
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}