Moldova Prezidenti Baseskunun vətəndaşlığını «geri oxudu»!

Moldova Prezidenti Baseskunun vətəndaşlığını «geri oxudu»! AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Moldovanın Prezidenti İqor Dodon keçmiş Rumıniya lideri Trayan Baseskunun bu yaxınlarda almış olduğu Moldova vətəndaşlığını, bu ölkəni ilhaq etməyə yönəlik çağırışları səbəbilə, ləğv edib. Bu barədə Moldovanın yeni prezidenti «Feysbuk»da yazıb.

«Cənab Trayan Baseskunun Moldova vətəndaşlığından məhrum edilməsi barədə fərman imzaladım. Bu gün vətəndaşlıq və siyasi sığınacaq verilməsi məsələləri komissiyasının iclası olub. İclasda Baseskuya vətəndaşlığın verilməsi şəraiti əhatəli şəkildə müzakirə olunub»-deyə, Dodon yazıb.

Moldova Prezidentinin sözlərinə görə, Baseskunun vətəndaşlığı qeyri-qanuni alıb. Nədən ki, ölkə qanunvericiliyi, fəaliyyəti dövlət təhlükəsizliyinin sarsıdılmasına yönəlmiş şəxslərə vətəndaşlıq verilməsini qadağan edir. Dodon həm də xatırladıb ki, sabiq rumın lider «dəfələrlə Moldovanın dövlətçiliyinin ləğv olunması və onun Rumıniyaya ilhaq edilməsi» çağırışları ilə çıxış edib.

«Hələ Rumıniya Prezidenti postunda olarkən, Basesku Moldova dövlətçiliyini və moldav xalqının varlığını tanımaqdan imtina edib»-deyə, Dodon əlavə edib.

Xatırladaq ki, Baseskuya Moldova vətəndaşlığını Moldovanın 4-cü Prezidenti Nikolay Timofti 2016-cı ilin iyununda verib.

Siam.az
Tarix: 4-01-2017, 08:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}