İstanbulda restorana silahlı hücum olub

İstanbulda restorana silahlı hücum olub İstanbulun Fatih rayonundakı restoranda baş vermiş atışmada yaralananların kimliyi məlum olub. Bu barədə “CNN Türk” məlumat yayıb.

Məlumata görə, naməlum şəxsin açdığı atəş nəticəsində restoranın sahibi və universitetlərdən birinin professoru yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil.

Cinayətkar hadisə yerindən qaçıb. Məlumata görə, o, tək olub.


Polis faktla bağlı araşdırma aparır.

***

İstanbulda restoranlardan birinə silahlı hücum olub. Hücum zamanı 1-i ağır olmaqla 2 kişi yaralanıb. Onlardan biri restoranın sahibi, digəri isə universitet professorudur.

Məlumata görə, ağ rəngli avtomobildə olan şəxs və ya şəxslər restorana atəş açıblar. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.
Tarix: 5-01-2017, 08:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}