Ukraynada qripdən 6 nəfər ölüb

 Ukraynada qripdən 6 nəfər ölüb Dekabrın 25-dən yanvarın 1-dək Ukraynada qripdən 6 nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "UNN" agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Nazirliyin məlumatında bildirilir ki, ötən həftə Lvovskda 3, Poltava, Nikolaevsk və Zaporojye vilayətlərinin hər birində qripdən 1 ölüm faktı qeydə alınıb. Həmçinin qeyd edilir ki, ötən həftə ümumilikdə 369 151 nəfər qripə yoluxub.

Onların 57,8 faizi uşaqlar və 17 yaşa qədər yeniyetmələrdir. Ən çox yoluxma halları Kiyevdə və Luqansk vilayətlərində qeydə alınıb.
Tarix: 5-01-2017, 08:33
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}