Erməni millət vəkilindən Türkiyə parlamentində şok təxribat

Erməni millət vəkilindən Türkiyə parlamentində şok təxribat Türkiyə Böyük Millət Məclisində (TBMM) konstitusiya dəyişikliyinə dair müzakirələr davam edərkən erməni əslli millət vəkili gərginlik yaradacaq təxribata əl atıb.

Missiya.Az xəbər verir ki, müzakirə vaxtı çıxış üçün söz istəyən HDP-nin erməni əslli millət vəkili Qaro Paylan məclis kürsüsündə qondarma "soyqırımından" danışıb.

TBMM-də konstitusiya dəyişikliyi təklifinin 11-ci maddəsi müzakirə edilərkən Qaro Paylan çıxış üçün söz istəyib. Paylanın, 1915-ci il hadisələri barədə "soyqırımı" sözünü işlətməsi parlamentdə gərginliyə səbəb olub.

TBMM-nin vitse-spikeri Əhməd Aydın Paylanın sözünü kəsərək, "Bu millətin məclisidir. Burada milləti yaralayacaq ifadələr işlətmək olmaz" - deyib.

Erməni deputat isə, "Ermənilər o tarixdə nə baş verdiyini çox yaxşı bilirlər. Mən də babalarımın başına nə gəldiyini yaxşı bilirəm. Six onun adına nə deyərsəniz deyin." - deyərək təxribata davam edib.

Vitse-spiker Əhməd Aydın parlamentin işinə 10 dəqiqəlik fasilə verib.

Haber7.com
Tarix: 14-01-2017, 08:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}