Obama nə vaxt vidalaşacaq? –Son mətbuat konfransının tarixi məlum oldu

Obama nə vaxt vidalaşacaq? –Son mətbuat konfransının tarixi məlum oldu Barak Obama ABŞ prezidenti qismində son mətbuat konfransını yanvarın 18-də keçirəcək.

"RİA Novosti" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib.

“Çərşənbə günü prezident Obama Ağ Evdə vida mətbuat konfransı keçirəcək”, – deyə C.Ernest bildirib.

Barak Obama yanvarın 20-də vəzifəsini tərk edir. Həmin gün ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inauqurasiya mərasimi keçiriləcək.

APA
Tarix: 14-01-2017, 08:07
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}