Epidemiyaya görə fövqəladə vəziyyət - ölənlər var

Epidemiyaya görə fövqəladə vəziyyət - ölənlər var Braziliyada 8 nəfərin "sarı qızdırma" xəstəliyi səbəbindən ölməsi ilə ölkədə 180 günlük fövqəladə vəziyyət elan edilib.

Missiya.Az xəbər verir ki, bu barədə Minas Jerays əyalətinin qubernatoru Fernando Pimental açıqlama verib.

Fövqəladə vəziyyətin 150-dən çox şəhərdə qüvvədə olduğunu bildirən Pimentel qeyd edib ki, "sarı qızdırma" xəstəliyi sadəcə 21 şəhərdə qeydə alınıb.

Qubernator həmçinin indiyə qədər əyalətdə 48 "sarı qızdırma" xəstəliyinə təsadüf edildiyini, laboratoriyaların 8 nəfərin bu xəstəlik səbəbindən öldüyünü təsdiq etdiyini deyib.

Qey edək ki, həftənin əvvəlində Minas Jerais əyalətinin şimal-şərqindəki bəzi şəhərlərdə epidemiya səbəbindən fövqəladə vəziyyət elan edilmişdi.
Tarix: 14-01-2017, 08:12
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}