CHP AKP və MHP-ni öz liderləri ilə “vurdu” - Ərbakan və Türkeşin videosu

CHP AKP və MHP-ni öz liderləri ilə “vurdu” - Ərbakan və Türkeşin videosu Türkiyədə prezidentlik üsul-idarəsinə keçidlə bağlı müzakirələrin ən qızğın mərhələsində Cümhuriyyət Xalq Partiyasının millət vəkili Özgür Özel sosial şəbəkələrdə diqqət çəkən bir video paylaşıb.

Teleqraf.com xəbər verir ki, CHP-çi deputat videonu “Rəhmətlik Nəcməddin Ərbakandan milli görüşçülərə, Alparslan Türkeşdən isə MHP-çilərə mesaj var” sətirləri altında paylaşıb.


Sözügedən videoda Nəcməddin Ərbakının başqanlıq sistemi ilə bağlı fikirləri yer alır.

Türkiyə milli görüş konsepsiyasının müəllifi Ərbakan sözügedən videoda qeyd edir ki, sən həm istiqlaldan danışırsan, həm də iş-gücümüzü buraxıb Türkiyənin bütövlükdə rejiminin dəyişdirilməsini irəli sürürsən: “Özünə gəl! Başqanlıqdır, odur, budur demək əslində bir şəkildir. Beləcə iş-gücü buraxın başqanlıq dəyişikliyi, konstitusiyanı dəyişək, yenidən seçkilərə gedək deyirsən. Bu gün üçün Türkiyənin gündəmi bu məsələ ola bilməz”.

MHP-nun qurucu başqanı Türkeş isə bu mövzuda danışarkən qeyd edib ki, bu faktiki olaraq Türkiyəni parça-parça etmək, türk millətini zəiflətməkdir: “Türkiyənin birliyini yıxmaq oyunudur. Rəhmətlik Mustafa Kamal Atatürk ağılsız bir adam idimi? Ağıllı bir şəxsiyyət idi. Onun silahdaşları İsmət Paşa, Cəlal Bayar, Kazım Qarabekir Paşa və onlarla birgə hərəkət edən Türkiyə Böyük Millət Məclisi vardı. Məclisdə Diyap Ağası, ərzurumlu Burak bəy və digərləri var. Onlar birlikdə Qurtuluş savaşı apardılar və Türkiyə dövlətini qurdular. Dedilər ki, Türkiyə Cümhuriyyəti unitar dövlət olacaq”.

Qeyd edək ki, Türkiyə siyasət tarixinin ən güclü simalarından olan bu iki şəxsin çıxışı illər əvvəl baş verib. Rəhmətlik Turqut Özalın başqanlıq sisteminə keçidlə bağlı təkliflərinə cavab olaraq bu fikirlər ifadə olunub.

İndilikdə CHP bu videonu yaymaqla milli görüşçülərə və millətçilərə öz liderlərinin qəti mövqeyini xatırladıb.

Cavad
Tarix: 14-01-2017, 21:59
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}