Braziliyada sarı qızdırma xəstəliyindən 38 nəfər ölüb

Braziliyada sarı qızdırma xəstəliyindən 38 nəfər ölüb Braziliyada Minas-Jerays ştatında yayılan sarı qızdırma nəticəsində baş verdiyi ehtimal edilən 38 nəfərin ölümünün səbəbləri araşdırılır.
Ştatın Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda 133 mümkün yoluxma halı aşkar olunub.
Qubernator Minas-Jeraysa Fernandu Pimental ştat ərazisində fövqəladə vəziyyət elan edib.

Hazırda 24 ştat ərazisində bu xəstəliyə yoluxma hadisəsi qeydə alınıb. Ən həyəcanlı vəziyyət 12 şübhəli ölüm hadisəsinin baş verdiyi, daha 29 nəfərin sarı qızdırmaya yoluxduğu Ladainya şəhərində yaranıb.
Sarı qızdırma kəskin virus xəstəliyidir. O, ağcaqanad vasitəsi ilə keçir.
Tarix: 15-01-2017, 10:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}