Mafiyanın qulaqkəsən idmançısı: Borcunu ödəməyənləri cəzalandırırdım -VİDEO

Mafiyanın qulaqkəsən idmançısı: Borcunu ödəməyənləri cəzalandırırdım -VİDEO İnsanlara vəhşicəsinə işgəncə verən idmançı Keçmiş Olimpiya iştirakçısı illik gəliri 50 milyon funt olan quldur dəstəsində iştirak edib. 1988-ci ildə Seul Olimpiadasında Barbadosdan 17 idmançı iştirak edib. Onlardan biri də Ceyms Ueytzi olub. 86 kq-a kimi çəkidə çıxış edən 27 yaşlı cüdoçu elə ilk görüşündə çinli Lyu Yunlinə uduzaraq, mübarizəni tərk edib. Koreyada Ueytzi bir sıra britaniyalı idmançılarla tanış olur və bu tanışlıq ona üç il sonra İngiltərəyə köçüb, 1996-cı ilin Birlik Oyunlarında Böyük Britaniyanı təmsil etmək şansı verir.


Olimpiya oyunları – 1988-ci il
İdmançı Bristolda məktəblərin birində idman müəllimi işləyir. Kasıb ailənin nümayəndəsi olan və həmişə maddi çatışmazlıq yaşayan cüdoçu məktəbdən sonra gecə klublarının birində mühafizəçi kimi çalışır. Ötən əsrin 90-cı illərinin sonunda Ueytzi barda quldurlarla tanış olur. İdmançı Robert Bruks adlı mançesterli narkobaronun cangüdəni kimi çalışmağa başlayır.

Narkobaron Mançesterdən Bristola kokain ötürməklə hər həftə 900 min funt gəlir əldə edir. Keçmiş idmançı da bu fəaliyyətdə aktiv iştirak edir: malın çatdırılmasına nəzarət edir, digər dəstələrlə qarşıdurmalarda iştirak edir, borclulardan pul alır. Dəstənin digər üzvü olan Qrant Riçmond deyir ki, Ceyms insanlara vəhşicəsinə işgəncə verirdi. Bir dəfə o, borclunun qulağına siqaret qoyub, sonra isə əllərini elektrik tosterə yerləşdirib.

Mafiyanın qulaqkəsən idmançısı: Borcunu ödəməyənləri cəzalandırırdım -VİDEO
Quldurların evində tutulmuş qeroin paketləri
Cüdoçu qurbanları ilə oyun oynayırmış – əgər onlar bir həftə ərzinə borclarını ödəyə bilmirdilərsə, məbləği ikiqat artırırdı. Borclu gizlənəndə Ueytzi onu tapır və ayaqlarını sındırırdı. Bu xidmətlərinə görə Ceymsə həftəyə 5 min funt pul ödəyirdilər. Amma işgəncə prosesi ona elə zövq verirmiş ki, pulun əhəmiyyəti də olmur. Quldurlar təsadüfən ələ keçirlər. 2009-cu ildə Ueytzinin sayıq qonşusu polisə zəng edir və qonşudakı səs-küydən şikayət edir. Evə gələn polis əməkdaşları silahla dolu böyük bir saxlanc və narotik istehsal edən fabrik aşkarlayırlar. Məlum olur ki, möhkəm səs kokain istehsal edən 10 tonluq press maşınından gəlir.

Ueytzi polislərin mühasirəsindən xəbər tutan kimi Bruksun ona hədiyyə etdiyi Porsche markalı bahalı maşınla şəhərdən qaçmağa çalışır. Lakin bu onda alınmır. Dindirilmə zamanı Ceyms hər şeyi təkzib edir, deyir ki, evi kirayə verib, özü isə rəfiqəsi ilə yaşayıb. İdmançını və dəstənin daha 17 üzvünü keçmiş həmkarı, cüdoçu Qrant Riçmond istintaqla əməkdaşlıq edərək, əvəzində işini yüngülləşdirmək üçün ələ verir.
Mafiyanın qulaqkəsən idmançısı: Borcunu ödəməyənləri cəzalandırırdım -VİDEO

Ceyms Ueytzi – Cudoçu
İstintaq zamanı məlum olur ki, Bristolda quldurların dörd, Mançesterdə isə iki belə fabriki olub. Onlar narkotik satışından hər il 50 milyon funt pul əldə ediblər. Gəlirləri Bruks almaz daşlara yatırıb. Məhkəmə narkobaronu ömürlük həbsə yollayır. Keçmiş idmançıya isə 18 illik iş kəsilir.
Tarix: 15-01-2017, 11:04
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}