Hadisələri əvvəlcədən xəbər verən internet fenomeni: Fuat Avni tapıldı

Hadisələri əvvəlcədən xəbər verən internet fenomeni: Fuat Avni tapıldı Sosial şəbəkənin fenomeni olan, Türkiyədə baş verəcək önəmli hadisələri bir neçə gün öncədən sosial mediadakı hesabında yazan Fuat Avninin kimliyi müəyyən edilib.

Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu FETÖ-nün mətbuat quruluşları barədə istintaqın birinci hissəsini yekunlaşdırıb. İstintaq çərçivəsində Fuad Avni adlı hesab yaradıldığı və idarəsinə dair məqamlar açıqlanıb.

"Muhammed Said Solak" adı ilə açılan hesabın kimə məxsusluğu ortaya çıxarılıb. Solak soyadlı şəxsin 2012-ci ildə məhkəmə qərarı ilə adını Said Sefa olaraq dəyişdirdiyi və həmin şəxsin “Haberdar” saytının rəhbəri Said Sefa olduğu müəyyən edilib.

Hesab 14 fevral 2014-cü ildə adını “fuatavni”yə dəyişdirib.

Hesabdakı yazı dili də mütəxəssislər tərəfindən araşdırılıb. Mütəxəssislər "Qorxma titrə" və "İtirənlərdənsiniz” ifadələrinin Said Sefaya məxsusluğunu ortaya çıxarıb. “Fuatavni” adlı hesab açıldıqdan sonra FETÖ-nün anonim hesabına çevrilib və parol təşkilatın önəmli şəxslərinə paylanıb.

Xəzər
Tarix: 15-01-2017, 12:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}