Saakaşvili Gürcüstandakı uğurlarını Odessada niyə təkrarlaya bilmədi?

Saakaşvili Gürcüstandakı uğurlarını Odessada niyə təkrarlaya bilmədi? "Mixail Saakaşvili Gürcüstandakı uğurlu islahatlarını Odessada təkrarlamaq istədi, rüşvətxor məmurlara qarşı mübarizəyə başladı, gənc komanda formalaşdırdı. Ancaq alınmadı”.

BakıPost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Mixail Saakaşvilinin Ukrayna prezidenti Pyotr Poroşenkonun onun haqda səsləndirdiyi fikrilərə və qarşı tərəfin verdiyi cavablarına münasibət bildirərkən deyib.
Elxan Şahinoğlu bildirib ki, Poroşenko-Saakaşvili qovğasında Saakaşvilinin düzgün danışdığını düşünür: "Niyə Saakaşvili Gürcüstandakı uğurlarını Odessada təkrarlaya bilmədi? Məsələ burasındadır ki, Mixail Saakaşvili Gürcüstanda piramidanın başında idi, hamı ona tabe idi, düşündüklərini həyata keçirtdi və nəticə qazandı. Odessada isə o Kiyevdəki məmurlardan asılı idi, onun hər addımını Kiyevdəki oliqarx nazirlər sabotaj etdilər. Poroşenko isə bütün bunlara göz yumurdu. Ukraynanı içəridən tanıyan birisi kimi gəldiyim qənaət budur ki, Kiyev Saaklaşvilinin islahat sürəti ilə ayaqlaşa bilmədi, Ukrayna hakimiyyəti (keçmişdəkilər kimi) astagəldir, tənbəldir, dağıdıb yenidən qurmaqdansa, olanın restavrasiyası ilə məşğuldur. "Olan” isə islahata meyilli deyil”.

Qeyd edək ki, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkonu yalançılıq və rüşvətxorluqda ittiham edib: "Ukrayna hökuməti sadəcə vəzifələrin alqı-satqısı ilə məğşuldur. Prezident həyasızcasına yalan danışır. O, Odessa gömrüyündən əldə edəcəyi pulları nəzərdə tuturdu. Mənim rəhbərliyim vaxtında Poroşenko bu pullardan məhrum olmuşdu”.

Ukrayna prezidenti Pyotr Poroşenko isə Odessa vilayətinin əvvəlki rəhbəri Mixail Saakaşvilinin işini tənqid edib:"Odessa vilayəti bütün göstəricilər üzrə praktik olaraq geri qalır, burada aparılan heç bir islahat və sınaq özünü doğrultmayıb, Saakaşvili isə əsasən özünütəbliğlə məşğul olub”.

Sevinc Yasinqızı
Tarix: 15-01-2017, 22:29
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}