Polşaya yeridilmiş Amerika tankları atəş açmağa başladı

Polşaya yeridilmiş Amerika tankları atəş açmağa başladı Bu günlərdə mümkün Rusiya təhlükəsinə qarşı Polşada yerləşdirilmiş 3-cü Amerika zirehli tank briqadası təlim atışlarına başlayıb.

Virtualaz.org xəbər verir ki, Polşanın Rusiya ilə sərhədə yaxın poliqonlarından birində yerləşdirilmiş M1 “Abrams” tankları qarlı-şaxtalı havada şərti hədəflərə atəş açırlar. İnternetdə təlim atışlarını əks etdirən kadrlar yayılıb.

Xəbər verildiyi kimi ABŞ Polşada “Abrams” tankları ilə yanaşı M2 “Bredli” piyada döyüş maşınları və M109 “Paladin” qaubitsaları da yerləşdirib. Mümkün Rusiya təhlükəsinə qarşı Pentaqon Polşada 400 vahid tırtıllı zirehli texnika və 900 vahid təkərli texnika yerləşdirməyi planlaşdırır. Texnikaya 3500-ə qədər Amerika həbçisi qulluq edəcək.
Tarix: 19-01-2017, 13:43
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}