Erməni məmur İlham Əliyevin dostunun onlara mane olduğunu etiraf etdi

 Erməni məmur İlham Əliyevin dostunun onlara mane olduğunu etiraf etdi
Belarus Kolektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclaslarında baş katibi vəzifəsində Ermənistan nümayəndəsinin təyin edilməsinə mane olurdu".

Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan jurnalistlərə açıqlamasında deyib.

"Qazaxıstan mane olmur amma Belarus mane olurdu. Təşkilata baş katiblik etmək Ermənistanın haqqıdır".

Koçaryan bildirib ki, təkilatın İrəvanda keçirilən iclasında razılıq əldə olunmuşdu. "Amma qərarın qəbul edilməsinə vaxt lazım oldu. Növbəti görüşdə isə Belarus prezidentinin iclasda olmaması qərarın qəbul edilməsinə mane oldu. Bundan sonrakı iclasda erməni nümayəndənin baş katib seçilməsi məsələsi gündəliyə daxil edilməlidir".


Şavarş Koçaryan - Ermənistanın xarici işlər nazirinin müavini
Qeyd edək ki, Ermənistan nümayəndəsinin KTMT-na baş katib seçilməsi ötən ilin aprelindən müzakirə edilir. Amma Belarus və Qazaxıstanın təziqləri nəticəsində təyinat hər dəfə təxirə salınır.

Erməni mətbuatı açıq şəkildə Serj Sarkisyanın KTMT ölkələrinin rəhbərləri arasında sayılmadığını yazıb. Həmçinin mətbuat Belarus prezidenti Aleksandr Lukaşenkonun İlham Əliyevlə yaxın dostuluq əlaqələrinin olduğu üçün KTMT-na baş katibin seçilməsi ilə bağlı müzakirələrə gəlmədiyini qeyd edib.

Elvin Məmmədov
Tarix: 20-01-2017, 13:57
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}