ABŞ-da Trampın tərəfdarları və əleyhdarları üz-üzə gəldi

ABŞ-da Trampın tərəfdarları və əleyhdarları üz-üzə gəldi Cümə axşamı günü gecədən xeyli keçmiş ABŞ paytaxtının mərkəzində seçilmiş prezident Donald Trampın tərəfdarları və əleyhdarları arasında toqquşma baş verib.
Hadisəyə müdaxilə edən polis vəziyyətin kəskinləşməsinə yol verməmək və daha ciddi insidentlərin qarşısını almaq məqsədilə gözyaşardıcı qaz işlədib.

Associated Press agentliyinin məlumatına görə, Trampın tərəfdarları şənlik etmək üçün Milli Mətbuat Klubu binasının qarşısında toplaşıblar.
Bir qədər aralıya isə yeni prezidentin əleyhdarları yığışıb. Tərəflər arasında əvvəlcə söz davası gedib. Bundan sonra Trampa dəstək olaraq əlində bayraq tutmuş şəxsin üstünə qarşı tərəfdən zibil atılıb.
Daha sonra bir neçə nəfər onun üstünə şığıyıb. İdarə olunmayan kütləni nəzarət altına almağa cəhd göstərən polis gözyaşardıcı qaza əl atmalı olub.
Dünən, həmçinin Donald Trampın doğma şəhəri Nyu-Yorkda da onun dövlət başçısı seçilməsinə qarşı etiraz aksiyası keçirilib.
Manhettendəki Trump Tower göydələninin yaxınlığına toplaşmış aksiya iştirakçıları arasında şəhərin meri Bill de Blazio, din xadimi Alfred Şarpton, rejissor Maykl Mur, aktyorlar Robert de Niro, Alek Bolduin və Mark Ruffalo da olub.
Qarşıdakı günlərdə Amerikanın bir çox şəhərlərində, o cümlədən Vaşinqtonda analoji aksiyaların keçiriləcəyi gözlənilir.(AzərTAc)
Tarix: 20-01-2017, 19:01
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}