Trampın prezident kimi ilk çıxışı: “Hər şey Amerika və amerikalılar üçün!”

Trampın prezident kimi ilk çıxışı:  “Hər şey Amerika və amerikalılar üçün!”       Barak Obamanın 8 il öncəki andiçmə mərasimini xatırlayıram. Hamıya nəsə xüsusi mesajı var idi, hər cümləsi xüsusi çəkiyə malik idi.

Siam.az Axar.az-a istinadən xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu ABŞ Prezidenti Donald Trampın az öncə yekunlaşan andiçmə mərasimindəki çıxışı barədə ilk təəssüratını bölüşərkən deyib. Politoloq qeyd edib ki, Donald Tramp daha sadə danışdı:

“Tramp iş yerləri, fabriklər, zavodlar, körpülər açacağını, sərhəddi gücləndirəcəyini və beynəlxalq terrorçulara qarşı amansız mübarizəyə başlayacağını dedi. Yəni seçkiqabağı vədlərində nə demişdisə, andiçmə mərasimində onları ümumiləşdirilmiş şəkildə təkrarladı. Demək, Meksika ilə divar və Çinlə qeyri-bərabər ticarət münasibətlərinə yenidən baxılacağı fikirləri gündəmdə ağırlığını qoruyur. Çıxışın əsas leytmotivi belə idi: “Hər şey Amerika və amerikalılar üçün!” Siam.az
Tarix: 21-01-2017, 09:10
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}