Son 1 ildə Türkiyədə kim gücləndi, kim zəiflədi? - təhlil

Son 1 ildə Türkiyədə kim gücləndi, kim zəiflədi? - təhlil İnsanların fikri daha çox benzinin qiymətinin artmasında və bunun ölkədə hansı fəsadlar yararadacı haqda proqnozlarda ikən xarici siyasət məsələləri, hətta ən qonşu ölkələrlə bağlı məqamlar bir o qədər diqqət və maraq çəkmir – bunu biz də bilirik və etitaf edirik...

Amma bu da var ki, böhrandan nə qədər yazmaq olar? Böhrandan yazılanların da məqsədi budur ki, hökumət öz işinə daha məsuliyyətlə yanaşsın və daha çox işləsin.


Əgər bu arzuolunan səviyyədə deyilsə, yazmağın da elə bir mənası yoxdur, uzağı baş ağrısı ola bilər, ya da ən yaxşı halda hansısa bir söz, ifadə və ya fikir kiminsə “ürəyindən tikan çıxarar”...
Demirəm ki, iş yoxdur, yox, kifayət qədər görülür və etitaf etmək lazımdır ki, cəmi bir – iki il bundan əvvəl daha böyük maliyyə - iqtisadi sarsıntıları və bunun nəticəsi kimi ağır sosial durum proqnozlaşdırılırdı. Min şükr ki,bunların heç biri olmadı və bunun özü artıq böyük işdir...
Amma benzinlə bağlı bircə onu deyəcəm ki, hökumət adamlarının da izahlarına qulaq asdım. Gəl,ciddi nəticə əldə edə bilmədim. İndiki halda məsələnin yalnız bir yozumu olardı: benzinin qiyməti həm də regiondakı qiymətlərə uyğun tənzimlənir.

Aydın məsələdir ki, Azərbaycanda benzin qonşulardakından ucuz olarsa, o halda həmin ölkələrə daşınacaqdır. Amma səmimi şəkildə etiraf edirəm ki, Gürcüstanda benzinin qiyməti barədə heç təsəvvürüm yoxdur. Ondan qala,Ermənistanda ola...

KÖHNƏ VƏ YENİ DOSTLAR...

Ona görə də keçirəm anladığım məsələyə... Amma əvvəlcə bircə detalı qeyd edim – elə dünya siyasəti də benzin, neft və qaz qoxuyur. Ona görə istər ölkədə olsun, istərsə cahanda, benzindən başlamaq bütün hallarda kontekstə düşür...

Qərəz, ötən həftənin sonlarında Türkiyədəbaş vermiş çevriliş cəhdinin üstündən bir il keçdi. Bir – iki gün bu ölkənin mediası demək olar həmin qanlı olayı bir daha təhlil etməklə və bu müddətdə siyasət sükanının hara yan aldığını özü üçün təxmin etməklə məşğul oldu...

Elə bizi də bu məsələ az düşündürmür. Ən çox maraq doğuran təbii, olayın ölkənin daxili siyasi durumunda nə qədər iz buraxmasıdır. Bunu bir cümlə ilə belə ifadə etmək olardı ki, son bir ildə Türkiyədə bəlkə də ötən on illiklər ərzində ən böyük siyasi sərtlik dalğası yaşandı.

Çevriliş cəhdindən sonra üç aylıq fövqəladə rejim tətbiq edilmişdi ölkədə, amma o, bir ildən artıqdır ki, davam edir və elə bu günlərdə daha üç ay da uzatdılar.

Amma hamını daha çox Türkiyənin regional və qlobal geosiyasət teatrındakı yeri qayğılandırır. Bu müddət ərzində Türkiyə ilə Rusiyanın münasibətlərində xeyli mülayimləşmə baş verdi. Təsadüfi deyil, iki ölkə arasında soyuqluğa gətirib çıxarmış məşhur təyyarə olayının da ordudakı müxalif elementlərlə bağlılığı aşkar oldu.

Hazırda münasibətlər tam ideal olmasa da, hər halda, inkişaf tempindədir, getdikcə daha dinamik və intensiv xarakter alır. Təbii, biz bu iki dövlətin münasibətlərindəki mülayimləşmənin ifadəsini ilk növbədə Qarabağ problemində görmək istəyirik. Amma çox təəssüf ki, məsələ hələ bu mərhələyə gəlib çıxmayıbdır. Üstəlik, Rusiyanın hətta artıq dost hesab etdiyi Türkiyəni nə vaxtsa Qafqaz problemlərinin çözülməsinə cəlb edəcəyi bir o qədər də inandırıcı görünmür. Halbuki ötən il diplomatlar hətta bu xüsusda müəyyən vədlər də verirdilər. Bu ölkəyə iki səfəri zamanı R.T.Ərdoğan V.Putini buna yönəltməyə cəhd etdi, amma Rusiya prezidenti hər dəfə bu məsələnin üstündən sükutla keçdi...

Türkiyənin əsas müttəfiqinə - ABŞ-a gəldikdə isə, bu müstəvidə də problemlər olduqca çoxdur. Türkiyə hökuməti ötən ilki çevriliş cəhdinin məhz ABŞ-dan, F.Gülən tərəfindən idarə olunduğunu iddia edir. Amma bir il keçsə də ABŞ Güləni Türkiyəyə təhvil verməyə tələsmir. Bunun da bir neçə səbəbi ola bilər.

Bildiyimizə görə, qərarı ABŞ məhkəmələri verməlidir. Belə hüquqi proseslərsə çox uzun çəkir. Digər tərəfdən,adətən dövlətlərölkələrində siyasi motivlərdən təqibə məruz qalacaq şəxsləri təhvil vermirlər və yaxud dabunu çox çətinliklə edirlər. Başqa bir səbəb də bu ola bilər ki, ABŞ hökuməti də Türkiyəyə qarşı təzyiq imkanını əldən vermək istəmir. Etiraf etmək lazımdır ki, kürdlər də, elə F.Gülən də ABŞ-ın əlində Türkiyə hökumətinə təzyiq etmək üçün əlverişli bir “rıçaq”dır. Görünür, bu da böyük siyasətin yazılmamış bir qaydasıdır. Rusların bu haqda çox yaxşı misalı var: “doveryay, no proveryay!”...

Məsələn, D.Tramp Suriya kürdlərinə verilən silahların geri qaytarılacağını demişdi. Fəqət, bu xüsusda hələ bir aydınlıq yoxdur. Həm də bunu düşünmək də qeyri – ciddi görünür. Bu vaxta qədər kim verilən silahları geri alıb ki, indi ABŞ da bunu edə?!.

TÜRKİYƏ VƏ ƏRƏB DÜNYASININ “İDDİA”LARI...

Amma bütün bunlara baxmayaraq çevriliş cəhdindən bir il sonra da Türkiyə yenidən regional geosiyasət teatrınınəsas aktorlarındandır. Bəli, söhbət heç şübhəsiz,Yaxın Şərqdəki daha bir böhrandan–kiçik Qətərdən gedir.

Qətərin Türkiyə üçün böyük önəmi vardır. Bu kiçik ölkəni Türkiyədə “qara günün dostu” adlandırırlar. Qətər kiçik olsa da çox varlı ölkədir və Türkiyəyə böyük maliyyə yardımları edir.
Həm də burada başqa bir məsələ də vardır. Səudiyyə Ərəbistanı Türkiyənin bölgədəki təsirini daim azaltmağa cəhd edir. Açığı ABŞ da müəyyən mənada bu prosesə yardımçıdır. D.Tramp ilk xarici səfərini heç də təsadüfən Səudiyyədən başlamadı. Trampölkədən çıxmamış artıq ərəb ölkələri Qətərlə diplomatik əlaqələri kəsdilər...

Türkiyə regionda Səudiyyəyə açıq qıcıq yaradır. Burada hər bir məsələ diqqətdədir. Məsələn,deyilənə görə,indi İstanbulda dünyanın ən böyük aeroportu inşa edilir. Bu isə İstanbula öz əvvəlki statusunu – Şərqlə Qərb arasında bir qapı olmaq statusunu qaytarmağı vəd edir.

Hazırdaregionda əsas tranzit mərkəzi rolunu Dubay oynayır. Amma inşa ediləcək aeroport onun bu üstünlüyünə son qoymaq iddiasındadır. Qərəz, bu, bir detaldır, amma o da bir daha göstərir ki, bütün sferalarda çəkişmə gedir. Ona görə də bir vaxt R.T. Ərdoğanın Türkiyəyə keçmiş “xilafət”in nüfuzunu qaytaracağı haqqında fikirlər səslənəndə bunun heç də asan olmadığını deyirdik. Kiçik Qətərin qarşısında “Əl-Cəzirə” kanalının bağlanması tələbini qoyan teokratik ərəb monarxiyaları heç razı olarmı ki, bölgədə dünyəvi və hələki demokratikölkə olan Türkiyənin nüfuzu artsın? Təbii, bunun başqa səbəbləri də yox deyildir. Burada həmişə panərəbizm deyilən fenomen olub. Məsələyə bu aspektdən yanaşanda ərəblərin özlərinin də könlündən keçmiş “xilafət”in nüfuzunu, təsir dairəsini özünə “qaytarmaq”istəyi keçir və bu geosiyasi arealda Türkiyə onlar üçün çağırılmamışqonaqdır...

ELƏ HEY DANIŞIRLAR...

Qərəz,ötən bir il qardaş Türkiyə üçünheç sakit keçmədi. Ölkənin daxilinə gələndə, AKP hakimiyyəti bir azca da gücləndi – xüsusən də konstitusiya islahatlarından sonra...

Təbii ki, ötən il insanlar növbəti hərbi çevriliş cəhdinə “yox” dedilər. Bunu heç kim inkar edə bilməz. Bu illər ərzində Türkiyə siyasətinin bir azacıq “mülkiləşmə”sinə - demilitarizasiyasına, onun hərbçilərin nəzarətindən çıxmasına ciddi ehtiyac vardı. Buna müəyyən mənada nail olunub.
Amma ki, qardaş Türkiyədə bir “Ərdoğan avtoritarizmi” deyilən problem də var. Hansı türk kanalına baxırsan, bu adam danışır! Günün hansı vaxtında türk televiziyasına baxırsan, yenə də bu adam danışır! Elə təəssürat yaranır ki, sanki Türkiyənin də siyasəti “bir aktyorun teatrı”na çevrilibdir. Azacıq vaxt, macal qalanda da baş nazir B.Yıldırım başlayır danışmağa...

Təbii ki, mən R.T.Ərdoğanın fəaliyyəti haqqında tam təsəvvür yaratmaq istidarında deyiləm, bunun üçün ən azı məlumatlarım yetərli deyil. Amma bircə detalı qeyd edəcəm və bir azərbaycanlı kimi o, mənim üçün mühüm amildir. Söhbət Bakı– Tiflis – Qars dəmiryolu xəttindən gedir.

İlahi, bu layihə nə qədər yubandı! Əsasən də Türkiyə tərəfdəki ləngimələr ucbatından!.. Bu yaxınlarda rusiyalı analitiklərin materialını oxudum. Təsəvvür edin, onlar bərk narahatlıq içindədir. Avrasiya İttifaqı hələ tam formalaşmayıb, ammabu zona artıq Çinin nəzarətindədir. Bu ölkə həmin bölgədə iqtisadi cəhətdən bütün parametrlərə görə Rusiyanı önləməkdədir!..

Bunu niyə deyirəm? Bakı – Tiflis – Qars xətti həqiqətən də çox böyük tranzit dəhlizi ola bilər. Ona görə də bu işi tez başa çatdırmaq lazımdır...

Qərəz, indilik yalnız bir şeyi demək mümkündür ki, bir ildə Türkiyədə Ərdoğan hakimiyyəti gücləndi. Bəs Türkiyə özü necə? Bunu deməyə hələ tələsmrik, çünki güclü hakimiyyəti dünyanın hətta ən zəif ölkəsində də bərqərar etmək olur. Güclü dövlətsə başqaşeydir. Biz isə Türkiyəyəgüclü dövlət olmağı arzu edərdik...

Hüseynbala Səlimov,
istiqlal.az
Tarix: 19-07-2017, 12:41
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}