Ermənistan Rusiyadan istədiyini aldı: Sənəd təsdiqləndi

Ermənistan Rusiyadan istədiyini aldı: Sənəd təsdiqləndi Rusiya Federasiya Şurası Ermənistanla birləşmiş qoşunun yaradılması haqqında razılaşmanı təsdiqləyib.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, sənəd 2016-cı il 30 noyabrda imzalanıb. Sənəd Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının təyinatı, formalaşdırılması və istifadəsini müəyyən edir.

Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının yaradılmasının əsas məqsədi Qafqaz kollektiv təhlükəsizlik bölgəsində hərbi təhlükəsizliyin təmin edilməsidir.

Birləşmiş qoşun qruplaşmasının əsas vəzifələri Rusiya və Ermənistana qarşı hücum hazırlanmasının müəyyənləşdirmək və dəf etmək, hər iki ölkənin dövlət sərhədinin quru hissəsini qorumaq, hərbi-kosmik məkanda Rusiya və Ermənistanın dövlət sərhədlərinin mühafizəsini həyata keçirmək, hər iki ölkənin qoşunlarının və bölgədəki strateji obyektlərinin havadan müdafiəsində iştirak etməkdir.

Saziş Rusiya-Ermənistan birləşmiş qoşun qruplaşmasının idarə olunması üçün birləşmiş komandanlığın yaradılmasını nəzərdə tutur.

Qoşun qruplaşmasından istifadə qərarı Rusiya və Ermənistanın ali baş komandanları tərəfindən qəbul olunur.

Beş il üçün nzəərəd tutlan saziş avtomatik olaraq növbəti 5 il müddətnə uzadıla bilər.

Xəzər

Tarix: 19-07-2017, 15:00
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}