Moldovada etirazçılarla polis qarşıdurması: yaralılar var

Moldovada etirazçılarla polis qarşıdurması: yaralılar var Moldovada etirazçılarla polis arasında toqquşma olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, insident paytaxt Kişinyovda seçki sisteminə qarşı parlament qarşısında keçirilən etiraz aksiyası zamanı baş verib. Polis müxalifət tərəfdarlarını ərazidən sıxışdıraraq çıxarıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan və saxlanılanlar var.
Qeyd edək ki, iyulun 19-da Moldova parlamentinin daimi bürosu majoritar və proporsional seçki sistemlərinin birləşməsini nəzərdə tutan qarışıq seçki sisteminə keçidlə bağlı qanun layihəsini parlamentin növbəti iclasının gündəliyinə daxil edib. Müxalifət partiyaları qanun layihəsinin əleyhinə çıxış edir.
Tarix: 20-07-2017, 09:25
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}