Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı

Çində mağazada PARTLAYIŞ - 2 ölü, 55 yaralı Çinin Xançjou şəhərində mağazaların birində güclü partlayış baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 55 nəfər yaralanıb. Yaralılardan 12 nəfərin ciddi xəsarət alaraq xəstəxanalara yerləşdirildiyi bildirilir.

İnsident səhər saatlarında baş verib. Yaxınlıqdan keçən avtomobillərin şüşələrinin qırılması nəticəsində maşındakı şəxslər də xəsarət alıb.

Partlayışdan sonra mağazada yanğın başlayıb.

Partlayışın baş vermə səbəbləri məlum deyil, araşdırmalara başlanılıb. Mağaza sahibi saxlanılıb.

Siam.az
Tarix: 21-07-2017, 10:23
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}