Almaniya Türkiyə siyasətini daha da sərtləşdirir

Almaniya Türkiyə siyasətini daha da sərtləşdirir Uzun müddәtdir ki, Türkiyә ilә Almaniya arasında gәrginlik davam edir. Türkiyәdә çevriliş cәhdindәn sonra hәbs edilәn, aralarında Dәniz Yücәlin dә olduğu 8 Almaniya vәtәndaşının vәziyyәti uzun müddәtdir ki, Ankara ilә Berlin arasında anlaşılmazlıq mövzusu idi. Son olaraq Beynәlxalq Әfv Komissiyası nümayәndәlәrinin dә aralarında olduğu insan haqları müdafiәçilrinin Böyükadada hәbs edilmәsi Ankara-Berlin arasında gәrginliyi daha da artırdı.

Mәtbuatda açıq getmәsә dә, Berlin Ankaraya ilk dәfә sәrt vә açıq bir tonla insan haqları müdafiәçilәrinin әn qısa zamanda sәrbәst buraxılmasını gözlәdiklәrini bildirib.

Diplomatik qaynaqlara görә almaniyalı nazirlәr türkiyәli hәmkarları ilә әlaqә saxlayaraq vәziyyәtin ciddiliyini çatdırıblar vә bildiriblәr ki, aktivistlәr sәrbәst buraxılmasa münasibәtlәr bir çox sahәlәrdә pis nәticәlәrә sәbәb olacaq.


Bu sıxlaşan diplomatik hәrәkәtlәnmәdәn sonra pәrdә arxası söhbәtlәrdә Almaniyanın Türkiyә ilә bu üslubda danışmasının ultimatum olduğu danışılır.

Ancaq Ankaranın gözlәntilәrә qarşılıq vermәmәsi vә aralarında Almaniya vәtәndaşı Peter Stoydtnerin dә olduğu 6 insan haqları aktvistinin hәbs edilmәsi Almaniya hökumәtinin iqtisadi hәmlәsini hәyata keçirmәsinә yol açıb.

Berlin düşünür ki, bu hәbslәrdәn danışıqlarda üstünlük kimi faydalanmağa çalışan Türkiyә siyasәt adamlarına әn ciddi tәsir imkanı atılacaq iqtisadi addımlar faktorudur. Almaniya düşünür ki, yalnız iqtisadiyyat sahәsindә tәzyiq hiss edәcәyi tәqdirdә Türkiyә danışıqlara qarşılıq verәcәk.

Artıq bir müddәtdir Berlindә hazırlanan iqtisadi tәzyiq planı artıq dövrәyә girib.

Tәtilini yarıda qoyub Berlinә qayıdan Almaniya xarici işlәr naziri Siqmar Qabriel bu barәdә açıqlama verib.
Qabriel bildirib ki, öncәliklә Türkiyә ilә qarşılıqlı münasibәtlәri qorumaq istәyirik. Bunun üçün qarşı tәrәf dә danışıqlara reaksiya vermәlidir.

Ayrıca Qabriel bildirib ki, hüquqi tәhlükәsizliyin olmadığı, hәtta bәzi alman şirkәtlәrin terrorla әlaqәlәndirildiyi bir ölkәyә sәrmayә qoyuluşunda heç kimә yardım edilmәyәcәk. “Almaniya hökumәti indәn sonra Türkiyәyә investisiya qoymağa hazırlaşan şirkәtlәrә kredit vermәyi dayandırmaq üçün dәyәrlәndirmәlәr aparacaq”- deyә Qabriel bildirib.

Almaniya xarici işlәr naziri Türkiyәyә AB-yә qoşulana qәdәr olunan maddi dәstәk mövzusunda da digәr AB ölkәlәri ilә görüşlәr keçirәcәyini deyib.

Almaniya hökumәtinin Türkiyәyә qarşı әn ciddi addımlarından biri isә turizm sahәsidir.

Siqmar Qabriel Stoydtnerin hәbsindәn sonra alman vәtәndaşlarına sәslәnәrәk Türkiyәyә sәyahәt edәcәklәri halda başlarına nәlәrin gәlә bilәcәyini bilmәlidirlәr. Almaniya hökumәti “müharibә bölgәlәrinә sәyahәt etmәyin” xәbәrdarlığı verib. Ancaq bununla belә rәsmi olaraq “Türkiyәyә sәyahәt etmәyin” xәbәrdarlığı verilmәyib.

Sonda Siqmar Qabriel bildirib ki, Almaniya Türkiyә ilә işbirliyi vә dialoq üçün qapıları bağlamır. Berlin Türkiyәdә yenidәn hüquqi dövlәtin işlәk vәziyyәtә gәlmәsini istәyir vә bu istiqamәtdә çalışır.

Almaniyanın Bild qәzeti Türkiyә ilә böyüyәn gәrginlik sәbәbi ilә Almaniyanın Ankara ilә arasındakı silah razılaşmasını dayandırma qәrarı aldığını yazıb. Xәbәrә görә qәrar qüvvәdә olan razılaşmalarla yanaşı, planlama mәrhәlәsindә olan silah layihәlәrini dә әhatә edir.

Diplomatlara görә isә, әgәr Türkiyә demokratiya, hüquq dövlәti, insan haqları vә mәtbuat azadlığı kimi mövzularda gerilәmәyә davam edәrsә, Almaniya iqtisadiyyat vә turizm sahәlәrindә yeni addımlar atmağa davam edәcәk.

azadliq.info
Tarix: 21-07-2017, 16:30
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}